azia.az
azia.az

İmişli Uşaq-Gənclər Şahmat məktəbini kimlər MAT VƏZİYYƏTİNƏ SALIB?

27-04-2022, 07:22

 İmişli Uşaq-Gənclər Şahmat məktəbini kimlər MAT VƏZİYYƏTİNƏ SALIB?
İmişli Uşaq-Gənclər Şahmat məktəbini kimlər MAT VƏZİYYƏTİNƏ SALIB?
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev iki il bundan əvvəl 30 illik həsrətimizə son qoyan Qarabağ savaşında böyük Zəfərin idman nailiyyətləri, bilik və intellektual savadı ilə seçilən gənclərdən ibarət müzəffər Azərbaycan ordusunun, şəhidlərimizin canı-qanı bahasına qazanıldığını dəfələrlə vurğulayıb. Danılmaz faktdır ki, bütün dünyada ən böyük yatırım məhz gənclərə, onların təhsilinə və intellektual səviyyəsinə qoyulan yatırımdır. İdman sahəsində uzun illərdən bəri əldə etdiyimiz naliyyətlər dövlətimiz tərəfindən bu sahəyə olan diqqət və qayğının bariz təzahürüdür. Demək olar ki, bu gün dövlət başçısının xüsusi səyiilə bölgələrdə güngündən artırılan idman məktəblərinin, Olimpiya komplekslərinin açılması da buna parlaq sübutdur. Ölkənin hər yerində gənclərin idmanın istənilən növü ilə məşğul olması üçün infrastruktur yaradılıb. Buna görə bir vətəndaş olaraq ölkə başçısına və bu sahəni daim diqqətdə saxlayan bütün aidiyyatı rəhbər orqanlara minnətdarlığımı bildirirəm. Amma belə hesab edirəm ki, belə təhsil və idman müəssisələrinə peşəkar mütəxəssislərin rəhbərlik etməsi və çalışması da vacib şərtdir ki, dəfələrlə bu prinsiplərin pozulduğunun şahidi oluruq. Bildiyim şəxsi tanışlıqlardan, mənfi ambisiyalardan və tamahkarlıqlardan yaranan belə çoxsaylı mənfi faktlardan bir neçəsini oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Danışmaq istədiyim, kifayət qədər ciddi məktəb daxili problemlərin mövcud olduğu belə təhsil müəssisələrindən biri - İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbidir. Məhz burada işə can yandırmayan, məktəbli və yeniyetmələrin gələcəyinə biganə olan kadrların çalışması bu cür gözəl məktəbin uğurlarını kölgələyir. Adı çəkilən təhsil ocağında hərcmərclikdir, böyük mənfiliklər, xeyli çatışmazlıqlar var. Burada çalışan bəzi insanlar öz şəxsi mənafeyinə xidmət etməkdən başqa bir iş görmür.
Bununla bağlı bir neçə faktı səsləndirmək istərdim. Məktəbdə külli miqdarda dövlət əmlakı dağıdılır, mənimsənilir. Rayonun keçmiş İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin həbsindən sonra yaranan boşluqdan istifadə edərək, Şirvan şəhərində yerləşən “Bank of Baku”da işləyən Mürsəlov Aqşin Mirzə oğlu adlı birisi məktəbə direktor təyin edilib. Təhsil sahəsində heç bir xidməti, təcrübəsi olmayan bu şəxs sənədsiz-sübutsuz olaraq iddia edir ki, vaxtı ilə İmişli rayon Qaragüvəndikli kənd orta məktəbində guya idman müəllimi kimi fəaliyyət göstərib. Onun guya ki, həmin məktəbdə çalışdığı vaxt Qaragüvəndikli məktəbinin direktoru olan Dilarə Əzizova Aqşin Mürsəlovun neçə saat dərs dediyini dürüst bilməmişdir. Direktor bir şey deyirdi,cədvəldə başqa şey yazılmışdı. Aqşin Mürsəlov İmişli rayon Təhsil şöbəsinin müdir müavini Vahid Tağıyevin himayədarlığı və patronajlığı ilə İmişli rayon Şahmat məktəbinə direktor təyin olunub ki, Aqşinın atası Mirzə ilə dost olan Vahid Tağıyev hələ bir neçə il əvvəl bu barədə onlarla sövdələşibmiş.
Lakin o vaxtkı icra başçısı Vilyam Hacıyev məhz Aqşin Mürsəlovun bu sahədə təhsil bazası və pedaqoji təcrübəsi olmadığından buna razılıq verməmişdi. Yəni ki, əvvəldən start verilən bu “xalis alver” prosesinin nəticəsi olaraq Vahid Tağıyev əlindən nə gəlirsə edərək məktəbin əvvəlki direktoru Elşən Cəfərovu uzaqlaşdırıb, yerinə Aqşini təyin etdirmək uğrunda “mübarizə aparıb”. Məktəbin müəllimi Həsənov Samid Sabir oğlu 2021-ci ildə sentyabrın 20-dən oktyabrın 3- nə qədər xarici ölkədə naməlum səbəblə səfərdə olmasına baxmayaraq Aqşin Mürsəlov onu dərs cədvəlinə əlavə edərək adına əmək haqqı yazmışdır. Məktəbin dərs hissə müdiri Hüseynağa Zülfüqarov da, bu saxtakarlığa imza atan, formalizmə və özbaşınalığa şərait yaradanlardan biridir. Məktəbin bir neçə məşqçi-müəllimləri Bakı şəhərində yaşadıqları halda məktəbdə onlara saxta əmək haqqları yazılır və xeyli miqdarda dövlət vəsaiti mənimsənilir, kimlərinsə ciblərinə müntəzəm maliyyə “axır”. Görünür, Aqşin Mürsəlov hələ də əsl bank işçisi olduğunu unuda bilmir, pedaqoji fəaliyyətlə iqtisadiyyatın bu mühüm sahəsini qəribə şəkildə sintezləşdirə bilir, məktəblə bankı dəyişik salır. Çünki, həmin əmək haqqlarının bölüşdürülməsində əsl peşəkar bank mütəxəssisinin əl işi nümayiş etdirilir.
Bütün bu qanunsuzluqlar da 12 saylı Maliyə Hesablaşma Mərkəzinin İmişli rayon əlaqələndiricisi Habil Məhərrəmovun iştirakı, Təhsil şöbəsinin müavini Vahid Tağıyevin nəzarəti ilə həyata keçirilir. Yəqin ki, pul bölgüsündə “bal tutan barmaq yalar” prinsipi, “dayıların xidməti” unudulmur. İmişli Uşaq-Gənclər Şahmat məktəbini kimlər MAT VƏZİYYƏTİNƏ SALIB?
Bəs görəsən, bu baş verənlərdən Təhsil Nazirliyinin, İmişli rayon rəhbərliyinin xəbərləri varmı? Əgər varsa, niyə bərədə hər hansı bir ölçü götürülmür? Bu sadaladıqlarım məktəbdə baş verənlərin hələ görünən tərəfləridir, görünməyənlər də mövcuddur. Əslində, qənaətim budur ki, dövlət malına xor baxmaq bunu bacaranlardan “əsl peşəkarlıq” tələb edir. Vicdanlı və halal pulun qazancına sevinən insanlar belə bicliklərdən, “peşəkarlığın bu növündən” xəbərsizdirlər. Onu da qeyd etək ki, vaxtı ilə qatı müxalifətçi olan İmişli rayon Uşaq-Gənclər İdmanŞahmat Məktəbinin rəhbəri Mürsəlov Aqşin Mirzə oğlu indi böyük canfəşanlıqla YAP sıralarına üzv olmağa çalışır. Amma o “peşəkarlar” heç unutmamalıdırlar ki, hələ heç bir möhtəkir qələbə çalmayıb, bu dünyada ədalət və vicdan tərəzisinin öz yerinə qoya bilmədiyi heç bir çəki daşı yoxdur. Haqqın qolu bükülməzdir, bu qolun yumruğu bir gün mütləq haqsızlığa yol verənlərin təpəsinə enəcək. Sadəcə, zaman... Çox maraqlıdır ki, hələ də nə Təhsil Nazirliyi, nə digər aidiyyati orqanlar Mürsəlov Aqşin Mirzə oğlunun İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə necə rəhbər təyin olmasını araşdırmır. Düşünürük ki, bu təyinatla bağlı Təhsil Nazirliyi və digər aidiyyati orqanlar lazımi tədbir görərlər. Sonda onu bildirək ki, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə Mürsəlov Aqşin Mirzə oğlu rəhbər təyin olundandan sonra onun yarıtmaz fəaliyyəti ciddi narazılıq yaradıb və yaxın günlərdə bununla bağlı növbəti araşdırmalarımızı ictimailəşdirəcəyik. Araşdırmamız davam edir.

Azər Mətin MillətinSəsi.info


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi