Nazirlə icra başçısının vəzifə hərracı…
Maraqlısı budur ki, Laçın rayonuda 120-dən çox ümumtəhsil məktəbi direktoru olduğu təqdirdə heç bir pedoqoji təcrübəsi olmayan Nicat Həsənov hansı əsasla rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib?
Bölgələrdə icra başçılarının qanunsuz əməlləri barədə mətbuatda demək olar ki, hər gün yazılır. İcra başçıları, müavinlər və əsasən də icra başçısına yaxın olan şəxslər qanunsuz əməllərini davam etdirməklə insanları incik vəziyyətə salırlar. Bu günlərdə Mediafax.Az-a daha bir maraqlı fakt daxil olub.
Məlumata görə, Təhsil Nazirinin müavini Ceyhun Bayramov və Laçın rayon icra başcısı Aqil Nəzərliyüksək məbləğdə rüşvət alaraq Nicat Həsənovu rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. Təyinat icra başçısı ilə Təhsil Nazirliyi ilə razılaşdırılmış əmrə əsasən edilib.
Amma burada ciddi bir əmma var. Məlumata görə, Nicat Həsənov ixtisasca iqtisadçıdır və bundan əvvəl kağız üzərində faliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin rəhbəri vəzifəsini tutub. Yəni heç bir pedoqoji fəaliyyəti olmayıb.
Maraqlısı budur ki, Laçın rayonuda 120-dən çox ümumtəhsil məktəbi direktoru olduğu təqdirdə heç bir pedoqoji təcrübəsi olmayan Nicat Həsənov hansı əsasla rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib?
Nəticədə isə, Nicat Həsənov verdiyi pulu yığmaq üçün məktəbləri bazara çevirib. Nicat Həsənov ümumtəhsil məktəblərindəki texniki ştatları 500 manata satır.
Həmçinin, rayon təhsil şöbəsinin müdiri qanunları pozaraq Bakı şəhər orta ümumtəhsil məktəblərində oxuyan 100-dən çox 9, 10, 11-ci sinif şagirdlərinin hər birindən 500 manat rüşvət alaraq Laçın rayonunun Bakı Şəhərində yerləşən 50-dən çox orta ümumtəhsil məktəblərinin 9, 10, 11-ci siniflərinə qəbul etdirib.
Nicat Həsənov 9, 10, 11-ci siniflərin şagirdlərindən direktorlar vasitəsi ilə aylıq hesab alaraq məktəbdə dərs məşğələlərində iştirak etməmələri üçün şərait yaradır və bu şagirdlər reptitor yanında hazırlaşırlar.
Dövlət büdcəsindən Laçın rayon ümumtəhsil məktəblərinin 2016-2017-ci tədris ili üçün zəruri və əsaslı təmir bərpa işlərinə ayrılan vəsaitin bir qəpiyi də məktəblərin təmirinə xərclənməyib. Laçın rayon bütün idarə və müəssələrində korrupsiya, rüşvətxorluq, məmur özbaşnalığı pik nöqtəyə çatıb. Çünki birbaşa icra başcısı A.Nəzərli özü bu şərati yaradıb ki, rüşvət yığıb şəxsi biznesini inkşaf etdirsin.
Məlumatda qeyd olunur ki, A.Nəzərli Laçın rayon idarə və müəssisələrində olan bütün dövlət qulluğu vəzifələrini həraca çıxarıb. Laçın rayon yaşıllaşdırma idarəsinin müdiri, Mədəniyyət və Turizm şöbəsinin müdiri, təhsil şöbəsinin müdiri və başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdri vəzifələri satılıb.
İxtisasından, diplomunun saxta olmasından, hərbi xidmətdən yayınmasından aslı olmayaraq pulu olan istənilən şəxs pulun verib vəzifə ala bilər.