azia.az
azia.az

İmişli icra hakimiyyətində NƏ BAŞ VERİR? - İDDİA

28-03-2022, 17:48

İmişli icra hakimiyyətində NƏ BAŞ VERİR? - İDDİA
Hörmətli izləyicilər məlumdur ki 2020- ci ilin may ayının 6-da İmişli rayon icra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev həbs edildi və onun yerinə Rzayev Elçin Adil oğlu təyinat aldı. Kərəm Həsənovun adamı kimi tanınan, E.Rzayev İmişli rayonuna gəlməzdən əvvəl Bakı şəhər Yasamal rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Prezidentin müvafiq sərəncamı ilə o, Yasamal rayonundan İmişli rayonuna göndəriləndə çox adam ALLAHA şükür etdi ki Elçin Rzayevdən canını qurtara bildi. E.Rzayev İmişli rayonunda rəhbərliyə başladığı ilk gündən dövlət qanunlarını bir kənara qoyaraq öz qanunları ilə işləməyə başladı. Belə ki o, qanuna zidd olaraq özünə köməkçi qardaşı Rzayev Şamil Adil oğlunu sürücü isə bacısı oğlu olduğu deyilən Hafisi təyin etdi. Bu, gündə İmişlini iki qardaş əl-ələ verərək Ərazi idarə etmə şöbəsinin müdiri Mirzə Quluyevin və İcra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Nazim Rəsulovun əlilə viran edirlər. Belə ki vaxtı ilə ayrı-ayrı adamlar tərəfindən alınmış torpaq sahələrinə müdaxilələr edilir, sahibkarlıqla məşğul olanların fəaliyyətlərinə müxtəlif adlarla mane olunur və sonda Elçin və onun komandasının maraqları təmin olunandan sonra həmin adamlardan əl çəkirlər. Hamımıza məlumdur ki bu gün İmişli rayonu inkişaf sarıdan respublikanın ən geridə qalmış rayonudur, bu gün rayonda heç bir inkişaf yoxdur. E.Rzayev möhtərəm Prezidentimizin ona göstərdiyi etimadı doğrultmaq əvəzinə İmişli rayonunu daha da bərbad hala salıb. Bu gün yəni 26.03 2022-ci il tarixdə İmişli rayon icra hakimiyyəti başçısının heç bir müavini yoxdur. Hər üç müavin Elçinin və köməkçisi olan qardaşı Şamilin davamlı təhdidindən sonra istefa vermək məcburiyyətində qalıblar buda Elçin Rzayev üçün yeni yeyinti mənbəyidir.(onu da qeyd edim ki 1-ci müavin Səfa Ağayev YAP rayon təşkilatının sədri təyin olunduğu üçün bu postu təhvil verdi) Bəs görəsən bütün bu olanlardan ölkə başçısının xəbəri varmı?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mehman Əjdər //gundelik-baku.com//


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi