azia.az
azia.az

AÇ-2016: Portuqaliya Avropa çempionu oldu

11-07-2016, 04:39

AÇ-2016:  Portuqaliya Avropa çempionu oldu Portuqaliya yığması AVRO-2016-nın qalibi olub.

APA-nın məlumatına görə, “Stad de Frans” stadionunda keçirilən final matçında Portuqaliya yığması Fransa millisini 1:0 hesabı ilə məğlub edib.

Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtın ikinci hissəsində portuqaliyalılar qələbə qolunu vurublar.

Beləliklə, Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionatının qalibi olub.

Avropa çempionatı
Final 10 iyul

Portuqaliya - Fransa - 1:0 (əlavə vaxt)
Qol: Eder, 109


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi