Super Liqa nəhəngi ulduz futbolçunu transfer edir
"Beşiktaş" heyətini məşhur futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İstanbul nəhəngi "Yuventus"un uelsli yarımmüdafiəçisi Aaron Remsi üçün hərəkətə keçib. Mövsümün sonu 14 oyunçu ilə yollarını ayırmağı planlayan Super Liqa təmsilçisi yeni heyət formalaşdırmağı planlayır.
Bunun üçün rəhbərlik daha təcrübəli futbolçulara ehtiyac duyacaq.
Remsinin Turin klubundan ayrılmaq ehtimalının olması bu transferi daha da sürətləndirir. Lakin onun "qoca sinyora" ilə 2023-cü ilədək sözləşməsi var.
Qeyd edək ki, 2019-cu ildən A Seriya klubunda çıxış edən 31 yaşlı futbolçu karyerası ərzində "Kardiff", "Nottinqam Forest" və "Arsenal" formaları geyinib.