Millimizin üzvü Ufuk Budakın yeni komandası müəyyənləşmək üzrədir. “Qafqazinfo” xəbər verir ki, cinah müdafiəçisi Türkiyədən ayrılmayacaq.
Son olaraq “Manisaspor”da oynayan və maliyyə şərtləri ilə razılaşmadığı üçün klubu tərk edən futbolçunun “Adana Dəmirspor”a keçəcəyi deyilsə də, bu keçid son anda baş tutmayıb.
Belə ki, 27 yaşlı müdafiəçi bu gün digər birinci liqa təmsilçisi “Samsunspor”un təlim-məşq bazasında olub və klubla müqavilə şərtlərini müzakirə edib.
Onun yaxın günlərdə “Samsunspor”la müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, millimizin heyətində 17 oyun keçirən Ufuk Budak karyerası ərzində Almaniyanın “Ülm”, “Frayburq” və Türkiyənin “Əskişəhərspor”, “Qaziantep BB”, “Kayserispor” kimi komandalarda çıxış edib.