Xorvatlar Mahiri Zaqrebe gəlməyə peşman etdi
Mahir Emrelinin “Dinamo”ya (Zaqreb) çoxdan gözlənilən keçidi, nəhayət, baş tutdu.
Millimizin hücumçusu qarşıdakı 4,5 ildə Xorvatiya nəhənginə məxsus olacaq.
Azərbaycanlılar məlum xəbəri böyük sevinclə qarşılasa da, Zaqrebdə vəziyyət başqa cürdür. Yerli fanatlar sosial şəbəkələrdə Mahirin transferinə narazılıq edir,
Azia.az sportinfo-ya istinadən xəbər verir ki, Polşa çempionatında mövsümün ilk yarısında cəmi 2 qol vurmasına görə ələ salır, qısası, klub rəhbərliyini bu keçidə görə qınayır.
Üstəlik, “Legiya” fanatları da fikil bildirir, Mahirdən acıqlı olduqlarını göstərir. Şaysız şərhlərdən bir neçəsini təqdim edirik..
Dejan Marin: “Statistik göstəriciləri biabırçı vəziyyətdədir. Polyaklar da yazır ki, məşq etməkdən çox içki içir. Petkoviç darıxmaz, bir yerdə içərlər”.
Baresic İvan: “Bu, bizə kabab satan oğlandır?”
Goran Ladesic:“Bu, nə axmaqlıqdır belə?”
Negran Bruno: “Anonsu elə hazırlayıblar, adam baxanda titrəmə tutur. Sanki bu transferlə “Sevilya”nı birnəfəsə keçəcəyik”.
Laura Bajzek: “Baxıram, əksəriyyət narazılıq edir. Futbolçu olmasa da, şirin oğlandır. Statistikası yaxşı deyil, razıyam. Eybi yox, biz qızları sevindirər”.
Dado Trkmic: “Bunu hardan gətiriblər?”
Marko Janjic: “Bu xəbərdən sonra "Sevilya" yas saxlayır”.
Alen Mariç: ”Bu, nə oyunçudur belə? Siz Allah, kimsə tanıyır bunu?”
Daniel Pacocha: “Legiya”da heç kim bu ucuz təlxəyə görə ağlamayacaq. Bir insanda ki, beyinin yerində penoplast dayanır, onda heç vaxt heç nə alınmayacaq”.
Franjo Colakovac: “Kopiç burada olanda ələ salırdız. Amma onun 3 ayda etdiklərini bəziləri 3 ildə bacarmayıb”.
Mixal Rusinowski: “Varşavadan salamlar. Yenə transferiniz – bərbad futbolçu, insanlığı ondan da betər. Ona çoxlu spirtli içki alın”.
Kristian Modzelewski: “Komandanın uğursuz nəticələrinin birbaşa səbəbkarı kimi avtobusda sifətinə “hədiyyə” almış və dərhal ağlayıb vəkilin yanına qaçmışdı. Amma döyülən o biri futbolçu bunu kişi kimi qəbul edib (Lukinyas), düşərgəyə qayıtdı. Uğurlar, Emreli! Elə bilirsən, burada sənə rahat olacaq? Yox!”
Kasper Qrzajdziel: “Gecə klublarında səhər qədər şouya baxacaqsız. Səhər də saat 11:00-a təyin olunmuş məşqə gecikəcək. Sağ ayağı yox kimidir, başla oyunu da zəif. Görəcəksiniz”.
Zedd Puljiç: “Bunu hardan tapıb gətiriblər? 100 faiz “Ali Kebab”dakı oğlandır”.