azia.az
azia.az

"Dinamo"dan "Sevilya" ilə oyun öncəsi Mahir qərarı

4-02-2022, 10:48

"Dinamo"dan "Sevilya" ilə oyun öncəsi Mahir qərarı
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu "Dinamo" (Zaqreb) Avropa Liqasının pley-offunda "Sevilya" ilə oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Offsideplus.az xəbər verir ki, Zaqreb təmsilçisi 24 yaşlı forvardın adını da siyahıya daxil edib.

Qeyd edək ki, Mahir "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb. Paytaxt klubu "Sevilya"ya qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də evdə keçirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi