azia.az
azia.az

"Legiya" geri çəkilir - Mahir Emreli üçün yeni məbləğ

25-01-2022, 10:36

"Legiya" geri çəkilir - Mahir Emreli üçün yeni məbləğ
Polşanın "Legiya" klubunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı vəziyyət növbəti dəfə müzakirə edilib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, məşqçilər korpusu və klubun idarəçilərinin iştirakı ilə keçirilən son görüşdə müxtəlif variantlar təklif olunub.

Baş məşqçi Aleksandr Vukoviç onun satılmasını və əvəzinə başqa hücumçu transfer edilməsini daha uyğun variant saydığını rəhbərliyin diqqətinə çatdırıb. Hazırda bu yöndə klub daxilində müəyyən fikir ayrılıqları olsa da, yekun qərarı Varşava təmsilçisinin sahibi və prezidenti Dariuş Mioduski verəcək.

Komandanın hazırlıq prosesinə qatılmayan və geri dönəcəyi real görünməyən Mahirin satışından mümkün qədər çox qazanmaq istəyən polşalıları narahat edən məqamlardan biri də məsələnin hüquqi tərəfidir. Belə ki, işə FİFA qarışacağı halda, klubun avtobusuna hücum zamanı başından xəsarət alan Emreli haqlı çıxa və "Legiya" özü çətin vəziyyətə düşə bilər.

Bu üzdən varşavalılar Türkiyənin "Başakşehir" klubu ilə şifahi razılığa gələn Mahiri 3 dəfə aşağı məbləğdə təzminat qarşılığında buraxmağa razıdır. Bu isə o deməkdir ki, daha öncə 3 milyon avrodan dəm vuran Polşa təmsilçisi indi 1 milyon ödənişə də "yox" deməyəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi