Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçları yekunlaşıb
Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb.
APA-nın məlumatına görə, ikinci oyun günündə 3 matç keçirilib.
Liqa yolunda “Olimpiakos” “Krasnodar”ı qəbul edib. Rəqibini dörd cavabsız qolla darmadağın edən Yunanıstan təmsilçisi qrup mərhələsinə bir addım da yaxınlaşıb.
İsveçrədə də eyni sayda – 4 qol vurulub. “Yanq Boyz”la “Srvena Zvezda” arasında görüşdə məhsuldar heç-heçə qeydə alınıb – 2:2.
Zaqreb “Dinamo”su isə 2 top fərqi ilə qalib gəlib. Xorvatiyalılar öz meydanında iki cavabsız qolla “Rusenborq”u üstələyiblər.
Qeyd edək ki, pley-offun cavab oyunları avqustun 27-28-də keçiriləcək.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust
Çempionlar yolu
23:00. “Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya) – 2:2
Assale, 7, Hoarau, 76 (pen.) – Deqenek, 18, Qarsia, 46
23:00. "Dinamo” (Xorvatiya) - “Rusenborq” (Norveç) – 2:0
Petkoviç, 9 (pen.), Orsiç, 28
Liqa yolu
23:00. “Olimpiakos” (Yunanıstan) - “Krasnodar” (Rusiya) – 4:0
Qerrero, 30, Ranceloviç, 78, 85, Podens, 89