"Legiya" Mahir Emreliyə yeni qiymət qoydu - MƏBLƏĞ
"Legiya" Mahir Emreliyə yeni qiymət qoydu - MƏBLƏĞ
Polşanın "Legiya" klubu komandanın təlim-məşq toplanışına qatılmaqdan imtina edən Mahir Emrelini özbaşınalığına görə cəzalandırmaq niyyətindədir.
Məlumata görə, Varşava təmsilçisi Azərbaycan millisinin hücumçusunu heyətinə qatmaq istəyən 8 klubun heç biri ilə razılığa gələ bilməyib.
Emrelini rənglərinə bağlamaq hədəfi ilə "Legiya"ya elçi düşənlər arasında Zaqreb "Dinamo"su, Krakov "Visla"sı, eləcə də, Türkiyənin iki Super Liqa təmsilçisi - "Başakşehir" və "Sivasspor" da var.
Daha öncə azərbaycanlı oyunçunu 2,5 milyon avrodan aşağı məbləğə heç yerə buraxmayacağını bəyan edən varşavalılar vəziyyəti bir qədər də qəlizləşdirib. Belə ki, idarəçilərin son məsləhətləşməsindən sonra Mahir üçün yeni təzminat məbləği müəyyənləşdirilib - 3 milyon avro.
Təbii, bu məbləğ millimizin üzvünü transfer etmək fikrinə düşənlərin təxmin etdiyindən dəfələrlə çoxdur. "Legiya"nın prinsipial mövqeyi Emrelini istəyənlərin hər birinin geri çəkilməsini, daha uyğun variant axtarmasını şərtləndirir.Fanat.Az