azia.az
azia.az

Dibala "Yuventus"u bu kluba dəyişir

18-01-2022, 15:35

Dibala "Yuventus"u bu kluba dəyişir
Paulo Dibala mövsümün sonu "Yuventus"dan ayrılmağa hazırlaşır.

Offsideplus.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, 28 yaşlı argentinalı futbolçu Turin klubuyla olan müqaviləsini artırmayacaq. Adıçəkilən oyunçunun "İnter"ə keçə biləcəyi ehtimal olunur.

Onun klubuyla hazırkı sözləşməsi bu yay başa çatır.

Qeyd edək ki, Dibala 2015-ci ildən "qoca sinyora"nın şərəfini qoruyur. O, bu mövsüm 21 matçda 10 qol və 4 məhsuldar ötürmə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi