"Çelsi" Silva ilə razılığa gəldi
"Çelsi" futbolçusu Tiaqo Silva ilə tezliklə yeni müqavilə imzalayacaq . Azia.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb.Bildirilib ki, London təmsilçisi ilə futbolçu arasında müqavilənin uzadılması ilə bağlı prinsipial razılıq əldə olunub. Braziliyalının "Çelsi" ilə yeni müqaviləsi 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Silva "Çelsi"yə 28 avqust 2020-ci ildə PSJ-dən azad agent kimi keçib. Futbolçu İngiltərə Premyer Liqasında bu mövsüç 15 matçda meydana çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatır.