azia.az
azia.az

Məşhur futbolçu İspaniya milli komandasındakı karyerasını başa vurub

15-08-2018, 10:08

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu David Silva İspaniya milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb.

"Report" xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, David Silva 2006-cı ildən yığma komandanın formasını geyinir. O, İspaniya millisində 129 oyuna 37 qol vurub. David Silva bir dəfə dünya, iki dəfə isə Avropa çempionatının qalibi olub. Daha öncə Xerard Pike də milli komandadakı karyerasının başa çatdığını bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi