"Qarabağ" təsdiqlədi: "Minay"ın hücumçusu Bakıya gəlir

Ukrayna mətbuatı "Qarabağ"ın "Minay" klubunda çıxış edən milli futbolçumuz Rüstəm Əhmədzadə ilə anlaşdığına dair xəbər verib. 
Məlumatı dəqiqləşdirmək üçün Ağdam klubuna müraciət etdik. 
Klubun mətbuat katibi Gündüz Abbaszadə Fanat.Az-a açıqlamasında xəbəri təsdiqləyib. 
"Rüstəm Əhmədzadənin transfer hüququ "Minay"a məxsus idi. Klubla danışığımız müsbət nəticələndi və razılığa gəldik. Futbolçu yaxın günlərdə Bakıya gələcək. Tibbi müayinədən uğurla keçsə, onunla müqavilə imzalanacaq. Sözləşmənin detalları haqqıda ictimaiyyətə məlumat veriləcək".
 Tanınmış yazıçının keçmiş xanımı aldadıldı - Notaris rəisi və qardaşı oğlundan görünməmiş dələduzluq
Tanınmış yazıçının keçmiş xanımı aldadıldı - Notaris rəisi və qardaşı oğlundan görünməmiş dələduzluq
