Voleybol üzrə Azərbaycan millisi dünya çempionatında növbəti oyununu keçirəcək
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında növbəti oyununu keçirəcək.
“Report” xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv IV tur çərçivəsində Trinidad və Tobaqo yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 08:40-da start götürəcək.
C qrupunda yer alan milli hazırda 3 xalla 4-cü pillədə qərarlaşıb. Lider ABŞ-ın 9, 2-ci sıradakı Rusiyanın 8, 3-cü yerdəki Tailandın 6 xalı var. Son iki pillədə 1 xala malik Cənubi Korya ilə xal qazana bilməyən Trinidad və Tobaqo yer alıb.
Qrupda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə əldə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son oyununu oktyabrın 4-də Tailanda qarşı keçirəcək.