azia.az
azia.az

“Qarabağ” "Neftçi"ni məğlub etdi

21-02-2016, 06:56

“Qarabağ” "Neftçi"ni məğlub etdi Topaz Premyer Liqada 22-ci turun daha bir oyunu keçirilib.

Gün.Az-ın qol.az-a istinadən məlumatına görə, çempionatın lideri “Qarabağ” öz meydanında “Neftçi”ni qəbul edib.
Turun mərkəzi qarşılaşması maraqla gözlənilirdi. Son vaxtlar elə də uğurlu çıxış etməyən “Neftçi” bu mövsüm Ağdam təsmsilçisinə uduzmayıb. Səfərdə rəqibi ilə bərabərə qalan (1:1) “ağ-qaralar” öz meydanında 1:0 hesablı qələbə qazanıb.
“Azərsun Arena”da keçirilən oyun Qurban Qurbanovun komandasının qələbəsi ilə yekunlaşıb. Hər hissədə bir qol vuran "Qarabağ" cari mövsüm ilk dəfə "Neftçi"ni məğlub edib - 2:0.

20 fevral
17:30. "Qarabağ" - "Neftçi" - 2:0
Qollar: Samuel Armenteros, 8 (1:0), Dani Kintana, 80 (2:0)
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov
“Azərsun Arena”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi