azia.az
azia.az

Azərbaycan karateçiləri Premyer Liqa turnirində iştirak edəcək

27-11-2019, 12:17


Azərbaycanın karate üzrə böyüklərdən ibarət milli komandası 29 noyabr - 1 dekabr tarixlərində İspaniyanın paytaxtı Madriddə Karate1 Premyer Liqa turnirində iştirak edəcək.
Azərbaycan karateçiləri Premyer Liqa turnirində iştirak edəcək
Azərbaycan Milli Karate Federasiyasından “Report”a verilən məlumata görə, yarışda 13 idmançı və kata komandası mübarizə aparacaq.

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin Kandaz və böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadınlar milli komandasının baş məşqçisi Denis Morozovun rəhbərliyi altında yarışda Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Asiman Qurbanlı və Şahin Atamov (+84 kq), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) çıxış edəcək.

Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) isə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə kata yarışlarına qatılacaqlar. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının cari mövsümdəki son mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb.

Karate1 Premyer Liqa turnirinin Madrid mərhələsində 89 ölkədən 737 karateçi yarışacaq. Nüfuzlu yarışda hər qələbəyə və medalların əyarına əsasən, idmançılar dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları da qazanırlar.

Madeid mərhəlsində həmçinin ilin yekununa əsasən fərqlənən idmançılara "Grand Winners" mükafatlarına layiq görüləcəklər. Mükafatın təqdimatı isə 24-26 yanvar 2020-cil ildə Parisdə növbəti mövsümün ilk Premyer Liqa turnirində olacaq.

2019-cu il mövsümünün nəticələrinə əsasən "Grand Winners" mükafatına namizədlər arasında məşhur Azərbaycan karateçiləri Rafael Ağayevlə (-75 kq) İrina Zaretska (-68 kq) da var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi