azia.az
azia.az

Şevçenko Mbappedən danışdı

29-03-2021, 20:45

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko DÇ-2022-nin seçmə mərhələsindəki rəqibləri Fransa yığmasının futbolçusu Kilian Mbappe haqqında danışıb.

Azia.az goal.com-a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis 22 yaşlı hücumçunun oyununu yüksək qiymətləndirib:

"Biz onun nə qədər inanılmaz bir futbolçu olduğunu bilirik. Mbappeni müstəsna bir gələcək gözləyir. Bu oğlan "Qızıl top"u qazanmalıdır. Çünki o, buna layiqdir".

Qeyd edək ki, D qrupunda Fransa 4 xalla liderdir. Ukrayna isə 2 xalla 3-cüdür. Fransa növbəti oyununu martın 31-i Bosniyaya, Ukrayna isə Qazaxıstana qarşı keçirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi