Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi daha 2 ev oyununun stadionu müəyyənləşib.
“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz San Marino və Çexiya yığmalarını Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Qeyd edək ki, San Marino ilə görüş sentyabrın 4-ü, Çexiya ilə matç isə okyabrın 5-i keçiriləcək.