ŞOK: "Fənərbağça" 4 futbolçusu ilə yollarını ayırır
Türkiyənin "Fənərbağça" klubu mövsümün sonunda 4 futbolçusu ilə yollarını ayırmağı düşünür.
Azia.az xəbər verir ki, bu barədə komandanın baş məqşçisi Erol Bulut açıqlama verib. Futbolçulardan 3-ü ilə vidalaşmaq nəzərdə tutlarkən, biri sürpriz olaraq komandadan ayrıla bilər.
Belə ki, qapıçı Harun Tekin, Sinan Gümüş və Mert Hakan Yandaş baş məşqçinin marağında olmayan futbolçulardandır.
Komanda ilə vidalaşmağı gözlənilən digər tanınmış futbolçu isə Ozan Tufandır. Avropa nəhənglərini maraqlandıran gənc oyunçunun mövsüm sonunda "Fənər"i tərk edəcəyi gözlənilir.