"Fənərbağça"ya ağır zərbə
Türkiyə Superliqasında 32-ci tura yekun vurulub. Son oyun günündə daha iki qarşılaşma keçirilib.
"Konyaspor" evdə "Kasımpaşa"ya 2:0 hesabı ilə qalib gəlib. Səfərdə "Başakşəhər"ə 1:2 hesabı ilə uduzan "Fənərbağça" çempionluq yolunda ağır zərbə alıb.
Qeyd edək ki, "Fənərbağça" ilə xal fərqini 6-ya yüksəldən lider "Beşiktaş" növbəti turda 1 xal qazanacağı təqdirdə çempionluğunu rəsmiləşdirəcək.
9 may
Türkiyə Superliqası, 32-ci tur
"Başakşəhər" - "Fənərbağça" - 2:1
Qollar: Viska, 60 (1:0), 65 (2:0), Topal, 80 (2:1)
"Konyaspor" - "Kasımpaşa" - 2:0
Qollar: Omeruo, 40-avtoqol (1:0), Traore, 58 (2:0)