azia.az
azia.az

"Fənərbağça" liderliyə yüksəlib

3-11-2020, 11:00


Noyabrın 2-də futbol üzrə Türkiyə çempionatının yeddinci turunun sonuncu gününün qarşılaşmasında "Fənərbağça" səfərdə "Antalyaspor"un qonağı olub.
"Fənərbağça" liderliyə yüksəlib
AZƏRTAC xəbər verir ki, gərgin keçən görüşün 43-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Adis Yahoviç qımızı kart alaraq komandasını azlıqda qoyub. Matçda hesabı 49-cu dəqiqədə İstanbul təmsilçisinin yarımmüdafiəçisi Ozan Tufan açıb. Cəmi üç dəqiqə sonra Antalya klubu hesaba tarazlıq gətirib. Lukas Podolski komandasının bərabərlik qoluna imza atıb. Lakin "Fənərbağça" 84-cü dəqiqədə qələbə topunu vurmağa müvəffəq olub. Qonaqların argentinalı yarımmüdafiəçisi Dieqo Perotti komandasına 3 xal qazandıran qolun müəllifi olub.

Günün digər "Hatayspor" - "Sivasspor" matçında isə qalib müəyyənləşməyib -1:1.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda "Dənizlispor" istirahət edib.

Hazırda çempionatın turnir cədvəlinə 17 xalla "Fənərbağça" başçılıq edir. Ondan bir xal geri qalan "Alanyaspor" ikinci, 13 xala malik "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi