“Mançester Yunayted”in futbolçusu zərbədən şişmiş topuğunu nümayiş etdirdi - FOTO
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Donni van de Beek “Sauthempton”la matçda ayağından (topuq hissədən) aldığı xəsarəti nümayiş etdirib.
Niderlandlı futbolçu ayağındakı xəsarətin fotosunu öz “Instagram”nın hekayə bölməsində paylaşaraq, “Premyer Liqaya xoş gəlmisiniz” şərhini yazıb.
Qeyd edək ki, sözügedən oyun “qırmızı şeytanlar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.