Çempionlar Liqasında sonuncu yarımfinalçılar müəyyənləşəcək
Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, mərhələnin daha iki oyunundan sonra bütün yarımfinalçılar müəyyənləşəcək. Qarşılaşmalardan biri Portuqaliyada, digəri isə İngiltərədə baş tutacaq.![]()
Günün ən maraqla gözlənilən görüşündə iki İngiltərə təmsilçisi üz-üzə gələcək. Londondakı matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Mançester Siti" doğma azarkeşləri önündə məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Şəhərlilər" yarımfinala vəsiqə qazanmaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır. Meydan sahiblərinin 1:0 hesablı qələbəsi qarşılaşmanı əlavə vaxta aparacaq.
İngiltərənin daha bir təmsilçisi "Liverpul" isə "Portu"nun qonağı olacaq. Çempionlar Liqasının son finalçısı ilk matçda 2:0 hesablı qələbə qazanmaqla əlavə üstünlük əldə edib. "Portu"nun isə cavab matçında bunun əvəzini çıxa biləcəyi o qədər də inandırıcı deyil.
Qeyd edək ki, bundan əvvəl "Ayaks" (Hollandiya) "Yuventus"u (İtaliya), "Barselona" (İspaniya) "Mançester Yunayted"i (İngiltərə) mübarizədən kənarlaşdıraraq yarımfinala çıxıb.
Çempionlar Liqası
1/4 final
Cavab oyunları
17 aprel
23.00 Mançester Siti (İngiltərə) - Tottenhem (İngiltərə)
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Mançester. "Ettihad Stadium”.
23.00 Portu (Portuqaliya) - Liverpul (İngiltərə)
Baş hakim: Danni Makkeli (Hollandiya).
Portu. "Estadio do Dragao".