azia.az
azia.az

“Lill” darmadağınla ilk pilləyə yüksəlib

19-10-2020, 10:31


Fransa Liqa1-də VII tur yekunlaşıb.

Apasport.az saytının məlumatına görə, son oyun günündə 6 qarşılaşma keçirilib.
“Lill” darmadağınla ilk pilləyə yüksəlib
“Nant” öz meydanında “Brest”i məğlubiyyətə uğradıb. “Lion” “Strasburq”la, “Nitsa” “Sent Etyenn”lə səfər qarşılaşmasaında üç xala sevinib.

“Anje” – “Mets” və “Monako” – “Monpelye” qarşılaşmalarında komandalar hərəyə bir qolla bir xal qazanıb. Liderlik uğrunda mübarizə aparan “Lill” və “Lans”in duelində darmadağın qeydə alınıb. 4 qol Lill təmsilçisinə zirvəni ələ keçirmək imkanı verib.

Qeyd edək ki, növbəti turun matçları oktyabrın 23-26-da keçiriləcək.

Fransa Liqa1
VII tur
18 oktyabr
“Strasburq” – “Lion” – 2:3
Dia, 43, Aholou, 56 – Kadevare, 12, Ekambi, 25, 42
“Anje” – “Mets” – 1:1
Manqani, 38 (pen.) – Nquet, 39
“Monako” – “Monpelye” – 1:1
Ben Yedder, 70 – Mavididi, 51
“Nant” – “Brest” – 3:1
Muani, 16, Blas, 30, Bamba, 79 – Fayvr, 68
“Sent Etyenn” – “Nitsa” – 1:3
Uçiçe, 58 – Lis-Melou, 8, Qouri, 30, Maolida, 90
“Lill” – “Lans” – 4:0
Yılmaz, 11, Bamba, 48, İkone, 69, Yazıçı, 79


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi