Cavid Hüseynov "Qəbələ"yə qayıtdı
![]()
"Zirə" ilə yollarını ayıran futbolçu Cavid Hüseynovun yeni klubu müəyyənləşib.
Bu barədə "Azia.Az"a 31 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, sabiq komandası "Qəbələ"yə qayıtdığını bildirib.
Hüseynov əyalət təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Cavid Hüseynov 2016 - 2019-cu illərdə "Qəbələ"nin formasını geyinib. Yarımmüdafiəçi 2019/2020 mövsümünün əvvəlində "Zirə"yə keçmişdi.