Türkiyə DƏHŞƏTLİ FƏLAKƏTİN bir addımlığında: professorun proqnozları DOĞRU ÇIXIR
Türkiyənin Dənizli şəhərinin Acıpayam bölgəsində zəlzələ olub. Publika.az xəbər verir ki, yeraltı təkanların maqnitudası 4,5 olub. Yerli saatla 04:49-da qeydə alınana zəlzələnin yerin 7 km dərinliyidə olduğu bildirilir. Qeyd edək ki, daha öncə Malatya İnönü Universitetinin professoru, geologiya üzrə mütəxəssis Məhməd Önal son günlər Malatya və Dənizli sahillərində baş verən ardıcıl zəlzələlərlə bağlı heç də ürək açmayan açıqlama vermişdi. Türk professor 3-4,5 bal arası baş verən yeraltı təkanları qabaqcıl zəlzələ adlandırmış və bu təbiət hadisələrinin daha böyük zəlzələnin müjdəçisi olduğunu bildirmişdi.