Azərbaycanda yenə zəlzələ oldu
Sentyabrın 7-dən 8-nə keçən gecə saat 01:29-da Zaqataladan 19 kilometr şimal-qərbdə, Balakən ərazisində daha bir zəlzələ qeydə alınıb
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3-2 bala qədər hiss edilib.
Zəlzələnin maqnitudası 4,1 bal, dərinliyi isə 3 kilometr olub.