Türkiyənin Çanakkale vilayətində zəlzələ olub. Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, episentri Çanakkale vilayətinin Ayvacıq rayonun ərazisinə düşən zəlzələ 3,5 bal gücündə qeydə alınıb. Zəlzələ Türkiyə vaxtı ilə saat 04.57-də baş verib və yeraltı təkanların ocağı 7,01 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntı və tələfat barəsində məlumat yoxdur.
Rəşad VAQİFOĞLU
bizimyol.info