azia.az
azia.az

Bakıda yol polisinin maşını yandı

26-12-2018, 14:50

Bakıda yol polisinin maşını yandı
Bakıda Dövlət Yol Polisinə məxsus “BMW” markalı avtomobil yanıb. Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında tədbir vaxtı baş verib. Xidmətdə olan avtomobil qəfildən alovlanıb. Hadisə yerinə yanğınsöndürənlər gələnə kimi, polis əməkdaşları avtomobildə olan yanğınsöndürən balonlarla avtomobili söndürməyə çalışıblar. Nəqliyyat vasitəsinin mühərrik hissəsi yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi