azia.az
azia.az

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşları qadın sürücünü döydülər

10-05-2018, 15:33


Hadisə Nərimanov rayonu, N.Hacıyev küçəsi 80-nin qarşısında qeydə alınıb.

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 2 əməkdaşı "Daewoo Damas” markalı yük avtomobilinin sürücüsü Faliyya Şaydulinanı döyüblər.

Sürücü qadın ərazi üzrə 17-ci polis bölməsinə şikayət edib. İlkin araşdırmalar zamanı məlum olub ki, qadın qanunsuz yükdaşıma ilə məşğul olub. Ancaq nəqliyyat xidmətinin əməkdaşları qadına zor tətbiq edibərək avtomobili əlindən almaq istəyiblər, bu zaman tərəflər arasında mübahisə düşüb və F. Şaydulinaya müxtəlif bədən xəsarətləri yetiriblər.


Faktla bağlı polis bölməsində təhqiqat arşdırmalarına başlanılıb. Hadisəni törədən şəxslərdə artıq müəyyənləşdirilib.

Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabedir./ölkə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi