Kəsdiyi ağacın altında qalaraq öldü
Azia.az təqdim edir. Zaqatalada 33 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb. “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Danaçı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Murad Əhməd oğlu Mehdiyev pay torpağındakı ağacı kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə düşüb. M.Mehdiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, dünən Zaqatalada intihar hadisəsi baş verib.