azia.az
azia.az

Ağac kəsərkən qolunu itirdi — Şəkidə bədbaxt hadisə

24-03-2017, 21:56

Ağac kəsərkən qolunu itirdi — Şəkidə bədbaxt hadisə


Şəkidə bədbəxt hadisə nəticəsində 45 yaşlı kişinin qolu amputasiya edilib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Kiş kənd sakini, 45 yaşlı Salman Lətifov sol qolun bazu sümüyünün çoxsaylı qəlpəli sınığı diaqnozu ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, Salman Lətifov ağac kəsərkən ağac onun sol qolunun üstünə düşüb. Sol qolu amputasiya edilən Salman Lətifovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi