Xırdalan şəhərində inzibati binada baş verən yanğın söndürülüb.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Qeyd edək ki, yanğın DOST Mərkəzində baş verib.

"Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır
FHN Xidmət rəisi: "Eurohome”da çatışmazlıqlar aradan qaldırılmadı, nəticədə yenidən yanğın baş verdi”
ARDNF-nin 2025-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat

Parafin tərkibli şamlardan uzaq durun: Daha sağlam alternativlər nələrdir?