Sinif yoldaşı buna GÖRƏ TUTULUB
Bakıda qətl hadisəsi baş verib.
Xəbərə görə, hadisə Nizami rayonu ərazisində yerləşən məktəbin yaxınlığında baş verib.
Məlumata görə, 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqlayaraq öldürüb.
Əməli törətməkdə şübhəli bilinən 2012-ci il təvəllüdlü yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.(APA)