azia.az
azia.az

Bakıda sərnişin avtobusu qəzaya uğradı: Prospektdə tıxac yarandı

26-04-2017, 10:40

Bakıda sərnişin avtobusu qəzaya uğradı: Prospektdə tıxac yarandı

Səhər saat 07:30 radələrində “Bakı Olimpiya Stadionu”nun qarşısında qəza hadisəsi baş verib.

azia.az milli.az-a istinadən xəbər verir ki, 24 saylı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobillə toqquşub.

Sərnişinlərdən ciddi xəsarət alan olmasa da, qəza sonrası Heydər Əliyev prospektində qısa müddətlik tıxac yaranıb. Hadisə yerinə gələn polis əməkdaşları yolda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün dərhal müdaxilə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi