azia.az
azia.az

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub, polis əməkdaşı ölüb

25-04-2016, 10:54

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub, polis əməkdaşı ölüb Bakıda sərnişin avtobusu qəza törədib.
Hadisə bu gün səhər saatlarında “Ay işığı” restoranının qarşısında qeydə alınıb. SOCAR-a məxsus avtobus “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Nizami rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən şəxs polis əməkdaşıdır, o, minik avtomobilində olub. Ölən şəxs əməkdaşı mühafizə polisində çalışırmış.
Hazırda faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi