azia.az
azia.az

Holann oyundan çıxarıldı - Səbəb AÇIQLANDI

Bu gün, 10:19

Norveç millisinin baş məşqçisi Stole Solbakken Portuqaliya ilə keçirilən və 1:2 hesabı ilə başa çatan oyunda Erlinq Holannın əvəzlənməsinə aydınlıq gətirib.

Xəbər verilir ki, qarşılaşmaya start heyətində başlayan Holann 67-ci dəqiqədə oyundan çıxarılıb. Onun zədə səbəbindən əvəzləndiyi ehtimal olunub. 

Lakin Solbakken bildirib ki, Holannı və daha 5-6 futbolçu ilə əvvəlcədən razılaşma əldə olunub. Razılaşmaya əsasən, futbolçular özlərini 100 faiz hazır hiss etmədikləri təqdirdə əvəzlənməli idilər.

Baş məşqçinin sözlərinə görə, Holannın təxminən 60-cı dəqiqədə əvəzlənməsi planlaşdırılıb. Buna baxmayaraq, hücumçu bir qədər də meydanda qalıb və yaxşı oyun nümayiş etdirib.

Qeyd edək ki, Norveç millisi dörd turdan sonra 3 xalla qrupda sonuncu pillədə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi