Alim Qasımovdan ŞOK AÇIQLAMA
Bir neçə gün əvvəl Hacıqabul rayonunda özünə toy edən müğənni Pünhan Piriyev məclisinə dəvət etdiyi bəzi həmkarlarından gileylənib.
İfaçı müğənnilərdən birinin toyda iştirak etmək üçün 15 min manat qonorar istədiyini bildirib və söhbətin Xalq artisti Alim Qasımovdan getdiyini açıqlayıb.
P.Piriyev Alim Qasımovun bu istəyindən narazı qaldığını, Xalq artistinə hər zaman hörmətlə yanaşdığını və onun xeyir işlərində iştirak etdiyini deyib.
Müğənni həmçinin Əməkdar artist Yusif Mustafayevin də məclisdə iştirak etmədiyini qeyd edib.
Bununa bağlı “Cebheinfo.az”-a açıqlamasında Xalq artisti Alim Qasımov Pünhan Piriyevin onun toyunda iştirak etməməsi və 15 min manat qonorar istəməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
O qeyd edib ki, bu məsələnin bu qədər diqqət çəkməsini anlamır:
“O boyda sənət göstəririk, heç bir jurnalist maraqlanmır. İndi kimsə nəsə deyib, hamı zəng edib sual verir”.