azia.az
azia.az

MÜĞƏNNİ TOY SAHİBİNİ TƏHQİR EDİB ONA BAKAL ATDI, SAÇYOLDUYA ÇIXDI-DƏHŞƏT

11-06-2025, 17:47

Azia.az xəbər verir ki, Ajans.az-ın əldə etdiyi məlumata görə, toyda iştirak edən müğənni Kəmalə Günəşliyə qonaqlar mahnı oxumağı təklif ediblər. O isə səhnədə başqa bir ifaçının olduğunu bildirərək, növbəsini gözləyəcəyini deyib.

Bu cavab toy sahibi Vəfa Mikayılovanı narazı salıb və tərəflər arasında mübahisə yaranıb. İddialara görə, tərəflər bir-birinə qarşı təhqiredici ifadələr işlədib, daha sonra isə dava düşüb. Şahidlərin sözlərinə görə, bakallar havada uçuşub, Vəfa Mikayılova və Kəmalə Günəşli saçyolduya çıxıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hər iki müğənni Sumqayıt Şəhər 4-cü Polis Bölməsinə aparılıb və səhərə yaxın sərbəst buraxılıblar. Məsələ ilə bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı müğənninin köməkçisi sayta cavabında “Mən yalnız toy haqqında məlumat verə bilərəm”- deyə, bildirib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi