azia.az
azia.az

Bu rayonda EVƏ BASQIN EDİLDİ-Ölən və yaralananlar var-TƏCİLİ

24-06-2024, 09:23

Şabran rayonunda evə basqın olub, ölən və yaralanan var.


Azia.az blogu report-a istinadla xəbər verir ki, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərdən birinə basqın olunub.

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi