azia.az
azia.az

Bacanaqlar arasında dava, biri bıçaqlandı

25-12-2022, 15:50

Masazır qəsəbəsində qohumlar arasında dava düşüb.

Azia.az  APA-ya istinadən xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Hüseynov Əmir Bəhruz oğlunun bacanağı ilə mübahisəsi davaya çevrilib.

Dava zamanı Ə.Hüseynov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi