6 milyon manat vergi borcu olan "Green Rose” MMC ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında məhkəmə çəkişməsi Ali Məhkəmədə davam edəcək.
Qaynarinfo-nun məlumatına görə, "Green Rose” MMC-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 5 milyon 914 min 105 min 49 qəpik borcu var.
Şirkətin qanuni təmsilçisi Əlirza İsayev Hacırza oğludur. 2010-cu ildə dövlət qeydiyyatından keçən, nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Novxanı-Sumqayıt yolu, Sahil küçəsi, Novxanı yolunun sol tərəfi göstərilib.
Apardığımız araşdırmaya əsasən, Əlirza İsayevin adında daha bir neçə şirkət mövcuddur. Bunlardan biri "Studiya Dizayn” MMC-dir. Bu şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev ev 15, mənzil 109-da yerləşir.