Barıtı az elə, Əlirza müəllim… - “Dəmir Yolları” sədrinin 1-ci müavini Əlirza Süleymanovun falçı məsələsi…
Barıtı az elə, Əlirza müəllim… - “Dəmir Yolları” sədrinin 1-ci müavini Əlirza Süleymanovun falçı məsələsi…
Əlirza müəllim tez-tez Hacıqabulun Qubalı (Baloğlan) kəndinə nəyə gedir..?
1993-1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində vaqon deposunun rəisi, 1997-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin müavini, 2010-cu ildən bu günədək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsində işləyən Əlirza Süleymanovdan söhbət düşəndə, yazmağa o qədər material var ki…
Amma biz Əlirza müəllimin 90-cı illərdə köhnə vaqonları təzə adı ilə dövlətə sırımasından, vaqonları və relsləri “metallom” kimi satmasından, vaqon bələdçilərinin ezamiyyət xərclərini həzm-rabedən keçirməsindən, qadın vaqon bələdçilərinə təkliflərindən uzun-uzadı bəhs etmək istəmirik.
Məlumat üçün qeyd edək ki, 90-cı illərdə metal mafiyası 5-10 kilo metal axtaranda Əlirza müəllim bir gecədə vaqonları əridirdi.
Biz həmin illərdə nazir Ziya Məmmədov, o zamankı spiker Rəsul Quliyev və Əlirza müəllimin Naxçıvana gedən dəmir yolu relslərini necə əritməsindən danışmırıq.
Bu barədə yazdığımız üçün çox dərinə getmirik. Ancaq qısaca onu deyə bilərik ki, bir neçə ayın içərisində Naxçıvana gedən dəmir yolu relsləri doğranaraq “metallom” kimi xaricə satıldı.
Və həmin vaqonların, relslərin hesabına bu gün Əlirza müəllimin oğlunun Slovakiyada biznesi var.
Özü də kimlə şərik olsa yaxşıdır…
Əlirza müəllimin keçmiş şefi Arif Əsgərovun oğlu ilə…
Biz hətta Əlirza müəllimin Danişyanla dostluğunu da bir kənara qoyuruq.
Nə isə bu barədə çox yazıldığı üçün Əlirza müəllimlə bağlı yeni mövzuya, yəni onun falçılarla dostluq məsələsinə keçirik.
Bəli, təəccüblənməyin.
Söhbət falçılardan düşmüşkən…
Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda bəzi məmurlar, tanınmış sənətçilər falçıların və ekstrasenslərin fəaliyyətindən əməlli-başlı istifadə edirlər.
Ümumiyyətlə, tarix boyu vəzifəli şəxslərin falçılardan, cadugərlərdən istifadə etməsi halları çox olub.
Bizim bəzi məmurlar isə lap ağını çıxardıblar.
Təsəvvür edirsiniz, ölkə mətbuatında gedən bir məlumata görə, falçı məmurun qohumuna 2 milyon atıb.
Bəli, bu gün falçılar 5-10 manata fala baxmırlar.
Sözün qısası, Əlirza müəllim də digər məmurlar kimi falçılarla ciddi əməkdaşlıq edir.
Konkret olaraq deyə bilərik ki, Əlirza Süleymanov tez-tez yolunu Hacıqabul rayonunun Qubalı ( Baloğlan ) kəndinə salır.
Və saatlarla Əlirza müəllimlə falçı qadın arasında enerji ötürməsi baş verir.
Gözünüzün qabağına “Dəli Kür” filmindəki Molla Sadığın həngaməsini gətirin…
Falçı qadın Əlirza müəllimin tapşırığı ilə şahə qalxır, elə ekstaz vəziyyətinə düşür ki…və deyir Əlirza qardaş, bağladımmm…
Söhbət kiminsə dilini-ağzını bağlamaqdan gedir…
Sonra deyilənə görə, falçı qadın müxtəlif yağlar gətirib qarışdırır, Əlirza müəllimə verir ki, kimlərinsə qapısına sürtərsən…
Hətta falçı müxtəlif tozları da paketə səliqə ilə qoyub Əlirza müəllimə verir.
Əlirza müəllim də fikirləşir ki, bir köhnə vaqon da belə getdi…
Bəli, bu falçı elə belə falçı deyil ee…
Kəndin ən yaxşı yerində ən bahalı villası var, Əlirza müəllimin sayəsində…
Biz əlbəttə, falçının villası olmasına pis baxmırıq.
Amma fikirləşirik ki, Əlirza Süleymanov yaşının bu çağında, bu boyda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini ola-ola bu falçıların qapısından niyə yığışmır…
Əlbəttə, qədim dövrlərdə hətta padşahların da falçılara işi düşüb. Amma, bunun da bir əndazəsi var dəə, ay Əlirza müəllim…(Əlirza müəllim bizim sizinlə həmişə dostluq münasibətimiz olub, bunu biz demirik eeee görənlər hamısı danışır, biz də məcbur qalıb yazdıq. Sizdən xahiş edirik elə yerlərə getməyin.)
Falçı xanım da kənddə deyir ki, mənim yanıma gələnlər elə-belə adamlar deyil ee, Əlirza müəllim kimi vəzifə sahibləridir…
Sağ olsun Əlirza müəllim də falçıya borclu qalmır, əvəzini 10 qat ödəyir…
Düzdür, Əlirza müəllim hərdən lap şitini çıxardır…
İşlədiyi idarədə ora-bura kül səpir, falçının verdiyi tozları kabinetlərə yayır…
Hələ bu harasıdır..?
Əlirza müəllimin iki barmağının arası “mazol” olub.
Bəli, Əlirza müəllimin orta barmağındakı musk…bütün qapıları açır…
Əlirza müəllim rəhbərliyin hörmətini qazanmaq üçün nələrə əl atmır…
Biz isə deyirk ki, ay Əlirza müəllim, bunun qazını bir az az elə…Vallahi, onsuz da rəhbərlik sənə hörmətlə yanaşır.
Ancaq bu falçıların qazını çox eləyərsən, vallahi düşər düşməzi olar. Yəni çalış barıtı az elə…
Yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.