Həyat yoldaşını gözündən bıçaqlayan ər intihara cəhd etdi
Gəncədə qadın həyat yoldaşı tərəfindən işgəncələrə məruz qalıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb. 1982-ci il təvəllüldü Hüsniyə Quliyeva həyat yoldaşı - 1965-ci il təvəllüdlü Səttar Cəlilov tərəfindən bədəninin və gözlərinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat edilib. Xəstəxanadan bildirilib, ki qadının gözünün biri bu gün aputasiya ediləcək. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisədən sonra S.Cəlilov isə özünə bıçaqla xəsarət yetirərək intihar cəhd edib.Faktla bağlı araşdırma aparılır