azia.az
azia.az

Disaporamızın daha bir AXSAQ SİMASI: Düşmənə işlədiyi deyilir... - İTTİHAM

1-02-2021, 19:21

Disaporamızın daha bir AXSAQ SİMASI: Düşmənə işlədiyi deyilir... - İTTİHAM
Fəaliyyət xronikasınının əksər məqamları xoş təsir bağışlamayan, bu bir yana, malik olduğu diasporçu karyerası belə qaranlıq çox müəmmalarla dop-dolu olan bu cür bir adamın adının, dünyanın Rusiya Federasiyası kimi ən böyük bir ölkəsindəki Azərbaycan diasporu ilə bağlılığı təəssüflər doğurub həmişə. Qeyd edək ki, Federasiyanın böyük vilayətlərindən biri olan Rostovda yaşayan azərbaycanlıların, təqribən 22 il bundan əvvəl yaradılmış Milli-Mədəni Muxtariyyətinin rəhbəri sayılan Vaqif Mustafayev, indiyədək, özünü, buradakı Azərbaycan diasporunun rəhbəri kimi təqdim edib.
Lakin Azərbaycan adlı doğma Vətəninə bir qara qəpiklik xeyri belə dəyməyən reputasiyası təhlükəli bu şəxs, yalnız, öz ölkəsi əleyhinə iyrənc planla işlənmiş aktiv fəaliyyət göstərməyə üstünlük verib. Axı, uzun müddətdir bir yastığa baş qoyduğu həyat yoldaşı şovinist təfəkkürlü bir erməni qadını olan belə birisindən yaxşı nəsə gözləmək də olmaz. Elə, arvadı milliyyətcə erməni qadını olduğuna görə də, Vaqif Mustafayevin Rostovda məskunlaşan soydaşlarımız arasında qara qəpiklik hörməti belə yoxdur. Erməni ailələri ilə yaxın qohumluq əlaqəsi olan bu arzuolunmaz şəxs, elə, ermənilərin də nəzarətindədir.
Bu gerçəkliyi unutmaq və danmaq olmaz ki, Rostovda yaşayan ermənilərin sayı çoxdur. Vaqif Mustafayevin daha çox ermənilərlə və onlarla sıx əlaqədə olan həmyerlilərimizlə yaxınlıq etməsi də, bir həqiqətdir. Rostov-Don şəhərindəki iri biznes sahibi Artuyun Surmayan tərəfindən idarə olunan və maliyyələşdirilən, arvadı belə milliyyətcə erməni olan, yalnız ad və soyadı Azərbaycan dilində yazılan bir şəxsin çoxdan erməniləşməsi, özü də Azərbaycan əleyhinə hərəkətlər etməsi təəccüb doğurmamalıdır. Təəccüb doğuran hal, ona bu səlahiyyəti verənlərin, belə birisinə diaspor təşkilatı həvalə edənlərin ölçüyəgəlməz xoşagəlməz hərəkətləridir.
Reallıq belədir ki, diaspor rəhbəri sayılan Vaqif Mustafayevin və onun rəhbərlik etdiyi ictimai təşkilatın ətrafında, praktiki olaraq, bizim həmvətənlərimiz yoxdur. Milliyyətcə erməni olan həyat yoldaşı, arvadının doğma və yaxınları, eləcə də Azərbaycanın əleyhinə birləşmiş üzdəniraq azərbaycanlılarla işləməyə üstünlük verən Vaqif Mustafayev özünü populyarlaşdırmaq üçün, Rostov vilayətindəki soydaşımızlarmızın fəaliyyətinə hər vasitə ilə mane olub həmişə.
Bu ictimai təşkilatda uydurma fəaliyyətdən başqa heç nə ilə məşğul olmayan bu arzuolunmaz şəxs, qurumun büdcəsindən ayrılan vəsaitdən, yalnız, özünün şəxsi tamahkar məqsədləri üçün istifadə edib. Bu da bir həqiqətdir ki, Rostovdakı Azərbaycan diasporunun rəhbəri kimi özünü ortaya çıxardığı gündən indiyədək, Vaqif Mustafayevin doğulduğu doğma Vətənini daha dəhşətli təhlükələrlə üz-üzə qoymağa hesablanan göz qabağındakı bəd əməllərini görən vətənsevər hər bir soydaşının əsəbləri səhərdən-axşama içini yeyib. Bütün bunlar isə, biabırçılıqdır!..
Vaqif Mustafayev kimilərinin, "AzərRos" adıyla öz Vətənlərinə, milli maraqlarımıza qarşı "meydan sulamalarının" acı nəticəsidir ki, buna etiraz əlaməti olaraq, onun ətrafında birləşən, Avropa, Yaxın Şərq, Orta Asiya ölkələrinin, eləcə də Federasiyanın ictimai-siyasi həyatlarında fəallıqları ilə seçilən, bu dövlətlərin elmi-mədəni elitalarına daxil olmağı bacaran, müxtəlif subyektlərdə ziyalı, iş adamı, aydın fikir, sənət və peşə sahibi, ictimai-siyasi xadim kimi yaxşı tanınan soydaşlarımız, çoxdan, bu rəsmi diaspor qurumundan da uzaqlaşmağa başlayıblar. Bir sözlə, "AzərRos"un qaranlıq taleyi də dalana dirənib.
Vaqif Mustafayev barəsində indiyədək ölkə mətbuatında, eləcə də araz.az xəbər portalında dərc olunan çoxsaylı yazılarda da, onun hansısa yaxşı bir işindən bəhs edən xırda bir epizoda belə rast gəlmək mümkün deyil. Aşağıda qısa xülasəsini verdiyimiz həmin yazılarda əksini tapmış çoxsaylı bəd əməlləri, onun hansı əqidə sahibi olmasını tam çılpaqlığı ilə ortaya qoyur. Sadəcə, diqqət etməyiniz kifayətdir:
-- Təşkilatçılarının milli maraqlarımızdan uzaq şəxslər olması, ümummilli birliyi dəstəkləyib, qorumaq naminə yaradılan, məramnaməsində də milli dəyərlər ətrafında Rusiyanın bütün regionlarındakı diaspor təşkilatlarımızın səylərini birləşdirmək, onların inkişaf strategiyasının hazırlanmasında vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək əsas məqsəd kimi qarşısına qoyulan "AzərRos"u açıq-aşkar biabır etdi.
Bununla, bir daha sübut olundu ki, Rusiya -- Azərbaycan əməkdaşlığını və strateji tərəfdaşlığını, müasir Rusiya və dünyadakı siyası proseslərdə Azərbaycan diasporunun lobbiçiliyi məsələlərini, bu yöndən olan problemlərin həlli yollarını, milli diasporun mövcud durumunu, qarşıda duran vəzifə hədəflərini müzakirə edib, səmərəli təkliflər vermək, bu təşkilatın rəhbər həyətindəkilərin əqidələrinə uyğun deyil. Məhz buna görədir ki, onların yaxından dəstəyi sayəsində Vaqif Mustafayev kimi arzuolunmaz bir şəxs də, neçə illərdir ki, bu qurumun bərk-bərk tutduğu Rostov nümayəndəliyini əlindən buraxmaq istəmir və onun adıyla ölkəmiz əleyhinə istədiyi oyundan çıxmağı bacarır.
Qəti şəkildə demək istəyirik ki, Vaqif Mustafayev öz xoşagəlməz əməlləri ilə dövlətimizin diaspor siyasətinin normal inkişafına əngəllər yaradır, bu sahədə nüfuz sahibi olan soydaşlarımıza qarşı iyrənc planlar əsasında qəbuledilməz qarayaxma kampaniyaları aparır, düşünülmüş şəkildə saysız-hesabsız qarşıdurmalar, intriqa və ədavətlər yaradır. Bu səbəbdən, onun özü ilə bağlı son illər yayılan ziddiyyətli məlumatların sayı-hesabı da olmur;
-- Acınacaqlı olsa da, qəti şəkildə demək lazımdır ki, "AzərRos"un rəhbər heyətində olan Vaqif Mustafayev kimilər, onu, öz şəxsi obyektlərinə çeviriblər. Və belə bir rəhbər heyətlə, dövlətimizin diaspor siyasətinə dəstək vermək, Azərbaycan diasporunun işinin güclənməsini, daha effektiv, təkmil və koordinasion formada fəaliyyət göstərməsini təmin edib, bu sahədə daha önəmli addımlar atmaq, ayrı-ayrı diaspor təşkilatlarımızı sıx birliyə, Rusiyanın ictimai-siyasi həyatında daha fəal olmağa, ölkədə tolerantlıq və yüksək mədəniyyət sahibi olan soydaşlarımızın maraqlarını daha güclü şəkildə qorumağa çağırıb, bu istiqamətdə daha vacib qərarlar qəbul etmək heç cür mümkün deyil;
-- Vaqif Mustafayevi yaxından tanıyanlar deyirlər ki, o, əvvəllər Rusiya polisində çalışıb. Paqon daşıdığı həmin vaxtlarda, Rusiya bazarlarında ağlına gələni etməkdən çəkinməyib. O, Rostovda fəaliyyəti dövründə bu regionun kriminal avtoritetləri ilə sıx bağlı olub, bazarlarda və müəssisələrdə işləyənlərdən pul qoparmaqla məşğul olub. Hətta, bu bazarlarda çalışan azərbaycanlılardan da, qanunsuz şəkildə pul yığıb. Pul verməyənlərə isə, hədə-qorxu gəlib, onları şantaj, şər-böhtan qarşısında aciz qoymağı özünün həyat amalına çevirib.
Soydaşlarına: "Vaqif Mustafayevə pul verməyin!" -- deyən azərbaycanlı bir gənc diaspor fəalını isə, o, killer taparaq, öldürtmək istəyib. Bu qanqaraldıcı xəbəri eşidən və canları boğazlarına yığılan həmyerliləri, həmin vaxt ondan yuxarılara şikayət xarakterli olduqca kəskin müraciət ünvanlayıblar. Yaxşı ki, bununla, qan qoxulu bu planın üstü vaxtında açılıb, gənc soydaşımızı addım-addım izləyən killer və onun dəstəsi isə, ifşa olunub. Cinayətkarlarla bərabər, qoluna qandal vurulan sifarişçi paqon sahibinə də, törətdiyi bu qorxulu cinayət əməlinə görə, məhkəmə 9 il iş kəsib. Beləcə, o, polisdən qovulub;

-- Həbsdən çıxandan sonra isə, artıq, hamı tərəfindən doğma Vətəni əleyhinə olan bir şəxs kimi tanınmasına baxmayaraq, Vaqif Mustafayev, çirkin məqsədlərini həyata keçirmək üçün, Azərbaycan adı altında Rostovda manipulyasiyalara başlayıb. Öncə, yaratdığı və cinayətkar fəaliyyətinə görə Rusiya hüquq-mühafizə orqanları tərəfindən mühakimə olunub, həbs cəzasına məhkum edilərkən, erməni həyat yoldaşının əlinin altında olan "Azərbaycan Mədəniyyət Mərkəzi" adlı ictimai təşkilatın xətti ilə, müxtəlif maxinasiyalar törədib.
Məqsəd çirkinliyinin üstünün tez açılması səbəbindən, o, bu təşkilatı fəaliyyətsiz saxlayıb. Və erməni zövcəsinin diqtəsi ilə, çirkin və daha iyrənc məqsədləri naminə, bir vaxtlar yüksək imicə malik olan və Federasiyanın 54 bölgəsində məskunlaşan soydaşlarımızın ümid qapısına çevrilən Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin -- "AzərRos"un Rostov bölməsini ələ keçirmək yolunda "dəridən-qabıqdan çıxıb" -- istəklərinə nail olublar da!
Yarandığı gündən az keçmiş nüfuzlu bir diaspor qurumuna çevrilən "AzərRos"u, bir müddət keçdikdən sonra əllərində alətə çevirməyi bacaran Abbas Abbasov, Söyün Sadıqov, Asif Məhərrəmov, Mehriban Sadıqova, Ağadadaş Kərimov, Xanoğlan Əliyev... kimilərin yaxından köməklikləri sayəsində, o, şovinist təfəkkürlü erməni zövcəsi ilə bərabər, bu qurumun adıyla, indiyədək, Azərbaycan əleyhinə istədikləri oyunu oynaya biliblər;
-- Vaxtilə, Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor qurumu kimi tanınan, bir ara bu qurumun başına gətirilən, lakin bu tarixi missiyanı, ona göstərilən etimadı layiqincə yerinə yetirməyən, bir ara "AzərRos"u da ələ keçirmək istəyində olan
Fazil Qurbanovun rəhbər bacarığının və qabiliyyətinin olmaması ucbatından, üstəlik, fəaliyyətində hüquqi çatışmazlıqlar aşkarlandığından, 2017-ci ilin may ayında
Rusiya Ədliyyə Nazirliyi tərəfindən qəbul edilmiş qərarla rəsmən ləğv edilən Ümumrusiya Azərbaycanlıları Konqresinin sabiq həmin prezidenti, eləcə də onun iyrənc məqsədlər üçün yaratdığı və lakin qeydiyyatdan keçirə bilmədiyi Rusiya Azərbaycanlıları Liqasının Udmurtiyadan olan təmsilçisi Yaşa Paşayev, üstəlik, bu təşkilatın Samara vilayətindəki nümayəndəliyinin başında duran, “erməniyə dayı” deməkdən belə çəkinməyən hədsiz erməni sevgili Şirvan Kərimov da, Vaqif Mustafayevin bu postda qalması üçün əllərindən gələni əsirgəməyiblər.
"AzərRos”un Moskva bölməsinə rəhbərlik edən, ermənilərlə hərtərəfli qohumluq əlaqələri yaradan, bunu hər yerdə və hər bir tədbirdə açıq şəkildə reklam etməkdən belə çəkinməyən Ağadadaş Kərimovun bu millətə qarşı mövqeyi də, yaxın dostu olan Vaqif Mustafayevə həmişə ruh verib. Məhz buna görədir ki, Ağadadaş Kərimov və adlarını yuxarıda qeyd etdiyimiz digər təşkilat rəhbərləri, cəmiyyət tərəfindən heç vaxt birmənalı qarşılanmayıb. Bir sözlə, Azərbaycan diasporunun taleyi ilə oynayan belə liderlərin belə anlaşılmaz hərəkətləri, onun imicinə ağır zərbədən başqa bir şey olmayıb.
Vaqif Mustafayevin də daxil olduğu bu təxribatçı qüvvələr hələ də meydandadırlar və öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Əgər hər hansı təşkilat rəhbərinin reputasiyası təmizdirsə, ona qarşı hücumlar başladır, onları siyasi intriqalara cəlb edib, qaralamaq niyyətlərini reallaşdırmaq üçün hər an fürsət güdürlər;

-- Rostov-Dondakı Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin -- "AzərRos"un vilayət bölməsinin rəhbəri kimi, Vaqif Mustafayev, bu regionun erməni icmasını Milad bayramı münasibətilə dəfələrlə təbrik edib. Azərbaycan diasporu rəhbərinin, bu bayramı münasibəti ilə, erməni xalqına təbrik məktubları göndərməsi, özü də, bunu, bütün azərbaycanlıların adıyla etməsi xəbəri olduqca təəssüfləndirici olub və hər dəfə, müxtəlif səbəblər üzündən bu vilayətdə məskunlaşan hər bir normal həmyerlilərimizi bərk narahat edib.
Rostov vilayətindəki Azərbaycanlılar İcmasının, eləcə də Ümumrusiya Azərbaycanlıları Konqresinin Rostov üzrə nümayəndəliyinin rəhbər şəxsləri və üzvləri, özünü buradakı Azərbaycan diasporunun rəhbəri kimi təqdim edən, əslində isə, ortadakı bəd əməlləri baxımından diasporumuza heç bir bağlılığı görünməyən Vaqif Mustafayevin erməni xalqına erməni sevgili belə təbriklər göndərməsinə dəfələrlə etiraz etmələrinə baxmayaraq, bu, onun heç vecinə də olmayıb. Bu fakt da, regionda yaşayan azərbaycanlıları dərindən hiddətləndirib. Dəhşət ondadır ki, Vaqif Mustafayev, hətta ötən illərin oktyabr aylarında Ermənistana təbriklər yollayaraq, erməni xalqını müstəqilliklərinin ildönümü münasibətilə təbrik etməyi də, özü üçün bir "şərəf işi" bilib. Yenə də, bütün azərbaycanlıların adından.
Bütün bunlar azmış kimi, o, Rusiyanın bu regionunun erməniləri tərəfindən təşkil edilmiş tədbirlərdə iştirak edərək, özünün dediyi kimi, "cəlbedici nitq" söyləyib. O vaxtlar mətbuat yazırdı ki, Vaqif Mustafayevin bu təbrik və çıxışları ermənilərə xüsusilə xoş təsir bağışlayıb.
Yeri gəlmişkən, Vaqif Mustafayev Azərbaycan ictimaiyyətinin diqqətini daha çox 2015-ci ildə özünə cəlb edib. O vaxt diaspor rəhbəri Rostov hakimiyyətinin icazəsi olmadan erməni separatçılarının təşkil etdiyi tədbirdə iştirak edərək, səhnədəki “DQR bayrağı” adlanan əski parçasını dalğalandıran qarabağlı rəqqasların çıxışını ayaq üstə alqışlayıb;
-- Bütün bunlar azmış kimi, Vaqif Mustafayev qızını belə elə tərbiyə edib ki, etdiyi hərəkətləri müqabilində, o, sanki, milliyyətcə erməni olan bir kişinin belindən gəldiyini, yalan da olsa, insan beyninə sırıya bilir -- bir tədbirdə olduğu kimi!
Novruz Bayramına həsr olunmuş həmin tədbir Rostov-Dondakı mötəbər bir sarayın zalında keçirilib. Bahar Bayramı şənliyində bakılı bir jurnalist xanım da iştirak edib. Yüksək əhval-ruhiyyədə olduğundan, bu tədbirə xüsusi diqqət ayırıb. Hətta, o, özü ilə, “Bahar qızı” geyimi də götürübmuş. Daha yaxşı görünmək üçün, özü də milli geyimdə imiş. “Bahar qızı”nın əlində məşəl Ocaq yandırmaq üçün gəlməsi isə, onun "kefinə soğan doğrayıb". Çünki jurnalist xanım arxadan "Bahar qızı"na baxanda, onun əyninə geydiyi paltarın üstündə böyük bir xaç şəkli olduğunu görüb və çox narahat olub. Stresdən vəziyyəti getdikcə pisləşən jurnalist xanım, tədbirin təşkilatçısı Vaqif Mustafayevə yaxınlaşıb və :
“Bu xaç nə deməkdir, bizim nə adətimizə uyğundur, nə də ki, bizə aid olmayandır!” -- deyə, ona kəskin etirazını çatdırıb. Belə bir etiraz və narazılığın qarşılığında, Vaqif Mustafayev: “Onu rejissordan soruşun və bu barədə şikayətinizi ona çatdırın” -- deyə, başdansovdu bir cavab verib. Elə ki, jurnalist bu barədə rejissoru sorğu-suala tutub, onun da cavabları başdansovdu olub: “Bizim milli paltar almağa pulumuz yoxdur”. Jurnalist xanım isə, ona deyib ki, pul yox idisə, bunu əvvəlcədən deyəydilər: "Biz, əlavə paltarlar gətirərdik!".
Sonradan jurnalist xanıma bildiriblər ki, rejissor, Vaqif Mustafayevin milliyətcə erməni olan arvadıdır. Onun erməni xisləti isə, belə tədbirlərin hamısında özünü büruzə verib. Bu vaxt, jurnalist xanımın, baş verənlərə etirazlarını bildirən və erməni sevgiləri güclü olan digər tədbir iştirakçıları ilə də, mübahisəsi düşüb.
Jurnalist xanım onu da bilməyib ki, "Bahar qızı" da, Vaqif Mustafayevin qızıdır. O, “Ağ çiçəyim”i rəqs edəndən sonra, narahat jurnalist xanımın bir az kefi açılıb. Xaricdə məskunlaşan soydaşımızın azyaşlı uşağının musiqimizi belə bilib, rəqs etməsi, onun üçün bir az təsəlli olub. Di gəl ki...
... Az sonra, elə, xaçlı "Bahar qızı"nın özü onun kefinə bir daha "soğan doğrayıb".
Yaxınlaşıb, ondan rus dilində kimliyini və haradan olduğunu soruşduqda, bu qız, ona şokedici bir cavab verib: “Ya armyanka i muzıka toje naşa!";
-- Bu gün Vaqif Mustafayev kimilərinin adlarının yenə diasporumuzun adına xələl gətirən mövzularda hallanması, doğrudan da, biabırçılıqdır! Rəsmi Bakıya qarşı da, zaman-zaman pis mövqeləri ilə seçilən belələri, birmənalı olaraq, həmişə dövlətimizə qarşı istifadə olunublar. Məhz belə adamların diasporda söz sahibinə çevrilməsinin nəticəsiydi ki, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarında tayfa, qəbilə prinsipləri dominantlıq edib. Bir sözlə, diaspor sahəsində müxtəlif qruplar yaranıb. Onlardan bəziləri görüntü yaradıb, özlərini lider kimi göstəriblər.
Sonradan bəlli olub ki, bu fəallığın kökündə, onların diaspordan qalxan kimi istifadə edib, öz bizneslərini qorumaq maraqları dayanıb. Digər qruplar isə, siyasi dairələrin əlində istifadə üçün yararlı vəziyyətə gətirilib. Onlar Rusiyadakı bütün diaspor qurumları ilə yaxından əməkdaşlıq edib, hamıyla yaxın münasibət yaradıblar. Arxa planda isə, xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq dayanıb. Əsas məqsədləri isə, nəyin bahasına olursa-olsun, diasporumuzu parçalamaqdan ibarət olub. Bir sözlə, əməlləri göz qabağında olan bu addımlar zaman-zaman öz həmyerlilərimiz arasında intriqa toxumu səpməklə məşğul olublar -- elə, Vaqif Mustafayev kimi!
Onun bu yöndən olan bir bəd əməlinə diqqət etmək kifayətdir ki, "nə yuvanın quşu olduğu", onu tanımayan hər kəsə belə tam aydın olsun. Belə ki, 44 günlük Vətən Müharibəsi zamanı dünyanın bir çox guşələrində yaşayan həmyerlilərimiz kimi, Rostov vilayətində yaşayan soydaşlarımız da, cəbhəyə öz köməkliklərini göstəriblər. Bu sırada, Rostovdakı diasporumuzun rəhbəri kimi Azərbaycan icmasının qəbul etdiyi Leyla xanım Abdullayevanın rəhbərliyi altında da, çoxsaylı həmvətənlərimiz belə bir aksiyaya qoşulublar. Göstərilən humanitar aksiya çərçivəsində kiçik bizneslə məşğul olan onlarla soydaşımız müxtəlif həcmdə köməkliklər göstərərək, azərbaycanlı olduqlarını nümayiş etdiriblər. Onların adları da, ölkəmizdə çoxlarına məlum olub.
Ümumiyyətlə, Leyla xanım Abdullayevanın Rostovdakı diaspor rəhbərliyinə gəlməsinin, son vaxtlar, bu vilayətdə məskunlaşan, amma fəaliyyətləri bir kimsəyə bəlli olmayan bir çox soydaşımızın tanınmasına da səbəb olub. Bu isə, Rostovdakı Azərbaycan diasporunun fəaliyyətinə əlavə stimul verib. Əvvəlki rəhbərlikdən fərqli olaraq, Leyla xanım soydaşlarımızı bir araya gətirə bilib. Elə, buna görə də, Vətən Müharibəsi çərçivəsində, onlar, istər Gəncədə, istər Bərdədə, istərsə də digər cəbhəyanı ərazilərdə mənzilləri dağıdılan soydaşlarımıza yardımlar göstəriblər. Konkret desək, belə bir birlik olmasaydı, onda, həmin yardımlar da göstərilməzdi.
Leyla xanımın özü cəbhə bölgələrinə də baş çəkib, qurbanlar kəsdirib, hərbçilərimizə paylatdırıb. O, şəhid ailələri ilə də maraqlanıb, onlara diqqət və qayğı göstərib. Hərbi hospitallarda qazilərlə görüşüb, onların problemləri ilə maraqlanaraq, yardımlar göstərib. Milli Ordumuzun döyüşən bölmələrinin yanında olaraq, hərbçilərimiz qarşısında onlara ruh verən çıxışlar edib. Bundan əlavə, Rostova qayıtdıqdan sonra, o, pandemiyadan əziyyət çəkən neçə-neçə soydaşımıza da yardımlarını əsirgəməyib.
Leyla xanımın və onun ətrafındakı həmyerlilərimizin belə xeyriyyəçilik işlərini isə, Vaqif Mustafayevlə bərabər, onun ətrafındakıların gözləri götürməyib. Elə, bu səbəbdən də, şantaj yolu ilə, onların ictimaiyyət arasında getdikcə artan nüfuzlarını heçə endirmək üçün, "dəridən-qabıqdan çıxıblar". Onlar, hətta, Milli Ordumuzun Böyük Qələbəsinə kölgə sala biləcək informasiyalar yaymaqda da, israrlı olublar. Onların bütün bu iyrənc əməlləri isə, Rostovdakı Azərbaycan icması tərəfindən, xalqının milli vətənpərvərlik hisslərinin təhqir olunmasına yönəlmiş hüquqazidd hərəkət, qəsdən törədilən provokasiya kimi qəbul olunub.
Qərəzi, xainliyi, gözgötürməzliyi... fəaliyyətinin əsas mahiyyətinə çevirən Vaqif Mustafayev kimiləri, diasporumuzun işini üstün yüksək səviyyəyə gətirmək üçün əzmlə çalışan belə diaspor fəallarının da normal işləmələrinə imkan vermir, onları çətinliklərlə üz-üzə qoyur, ortada heç nədən konfliktlər yaradırlar. Onları neytrallaşdırmaq üçün, regional təşkilatlarda universal, ağıllı və cəsarətli insanlar çalışsalar da, bu tip insanların törətdiklərindən, soydaşlarımız arasında yaratdıqları konfliktlərdən uzaq düşmək olmur. Diaspor fəallarımızın qarşılıqlı münasibət və anlayışları səmimi olmadığına görədir ki, bu sahəyə sərf etdiyimiz bütün enerjimiz illərdir boşa gedir. Nəticədə, getdikcə daha da zəifləyən diasporumuzun hər il köhnə və nüfuzlu təşkilatlarını itiririk. Bütün bunlara görədir ki, Azərbaycanın tanıdılmasında rolu hələ də aydın görünməyən diasporumuzun fəaliyyəti yaxşı cəhətdən dəyərləndirilmir...

..."AzərRos" kimi bir diaspor qurumunun böyük bir regiondakı nümayəndəliyinin rəhbərliyini düşmən sevgisi millət sevgisindən üstün olan Vaqif Mustafayevə həvalə etmək, ən azından, qatı cinayətdir. Əgər onun millət sevgisi düşmən sevgisindən üstün olsaydı, o, bu təşkilatın Rostov nümayəndəliyinə rəhbərlik etdiyi otən illərdə nələr etməzdi?! Elə, yazdıqlarımızdan da bir daha məlum oldu ki, o, bu təşkilatın xətti ilə, dövlətimizin diaspor siyasətinin xeyrinə xoşagələn heç bir iş görməyib. Bu azmış kimi, o, anlaşılmaz hərəkətləri ilə, bu təşkilatın olan-qalan nüfuzunu belə heçə endirib. Onun Rusiyadakı diaspor qüvvələrmizi geri çəkmək, cəhalətə sürükləmək istəyi isə, təəssüf doğurur.

araz.az

REDAKSİYADAN:

Son vaxtlar araz.az saytı etibarlı informasiya mənbələrindən buna bənzər digər məlumatlar da əldə edib. Daha doğrusu, həmin məlumatlar da, Rusiya Federasiyasının ayrı-ayrı bölgələrindəki diaspor qurumlarımızı ələ keçirərək, ölkəmiz əleyhinə məkrli planlar əsasında qorxub-çəkinmədən işləyən həmyerlimizin iyrənc əməlləri barəsindədir. Tezliklə Kemerovo, Krasnoyarsk, Samara və digər bölgələrdə məskunlaşan həmin "diaspor liderlərinin və fəallarının" iyrənc fəaliyyətləri barədə də, geniş yazılar dərc etməyi planlaşdırırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi