Kirvəsinin oğlu ilə görüşdüyünə görə ərli qızını öldürən atanın FİLM KİMİ cinayət işi
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 1984-cü il təvəllüdlü qızı Zəminə Mehtiyeva əvvəlcə məftillə, daha sonra elektrik naqili ilə boğaraq öldürən 1961-ci il təvəllüdlü Salam Cəfərova hökm oxunub.
Qızı əri ilə boşanır və...
Sfera.az xəbər verir ki, hadisə bu ilin fevralın 15-də Ceyranbatan qəsəbəsində baş verib. Hər şey üç uşaq atası olan Eldənizin xanımı Zəminə ilə aralarında yaranmış problemlərə görə evi tərk etməsindən sonra başlayıb. Onlar boşanmasalar da, Eldəniz evdən ayrı yaşayıb və mütəmadi olaraq ailəsinə pul göndərib.
Qonşu masadakılar qızı haqda nə danışıb?
Bu ilin yanvarın əvvəlində Salam Ceyranbatan qəsəbəsində, yeməkxanada nahar edərkən qonşu masada arxası ona doğru olan, tanımadığı iki kişinin qızı Zəminə haqda danışdıqlarını eşidib. Onlar Zəminənin yaxın qohumu ilə gizli görüşərək ailəsinə xəyanət etməsi haqda söhbətlər edib. Salam hesab edib ki, onlar bu söhbəti məhz onun eşitməsi üçün edirlər. Onda şübhə qalmayıb ki, həmin şəxslər onu tanıyır, Zəminənin atası olduğunu bilirlər.
...Və hər şeyi öz gözləri ilə görür
O, bundan sonra qızı Zəminəni izləməyə başlayıb. İşdən çıxdıqdan sonra gecə satlarında Zəminənin yaşadığı evə gedir. Bu zaman qara rəngli “CİP” markalı avtomobilin Zəminənin yaşadığı binanın yaxınlığında dayandığını, kiminsə avtomobildən düşdüyünü və həmin avtomobilin surətlə geri qayıtdığını ğörüb. Yanından keçərkən Salam həmin avtomobilin kirvəsinin oğlu və ailə dostu olan Rövşənə aid olduğunu görür. O, bundan sonra qızının evinin yaxınlığında keçik çəkməyə başlayır. Müxtəlif vaxtlarda gecə saatlarında Rövşənin avtomobilinin Zəminənin yaşayan binanın qarşısında dayandığını və Zəminənin onun maşınından düşdüyünü görür.
Qətli belə törədib
O, qızının ərini qəsdən evdən uzaqlaşdırdığına əmin olub və Zəminəni öldürmək qərarına gəlib. Bu məqsədlə özü ilə 2 metr uzunluğunda məftil götürür və nəvələri məktəbdə olan vaxt qızının evinə gəlir. O, Zəminəyə ailəsini rüsvay etdiyini deyir, evli olduğu halda kirvəsinin oğlu ilə gəzdiyini bildiyini deyir. Daha sonra Zəminəyə hücum edərək özü ilə götürdüyü məftili Zəminənin boğazına keçirərək onu boğmağa başlayır. Zəminə ayaqüstə olduğundan və onu boğmaq çətinlik yaratdığından Salam qızını itələyərək yerə yıxır. Bu vaxt məftil əlindən çıxıb. Zəminə döşəmədən qalxmaq istədikdə Salam niyyətini başa çatdırmaq üçün bir əli ilə onu döşəməyə sıxıb və onun yerdən qalxmasına imkan verməyib. O, digər əli ilə döşəmədə olan elektrik naqilini Zəminənin boğazına dolayıb və onu boğmağa başlayıb. Zəminənin öldüyündən əmin olduqdan sonra isə evi tərk edib.
Qətldən sonra araq, kələm turşusu və 102-yə zəng
Geri qayıdarkən dükandan araq alaraq həmin dükanın ikinci mərtəbəsində yerləşən yeməkxanaya gedib. Orada araq içmək üçün pendir, kələm turşusu və çörək sifariş edib. Sifarişi gələnə qədər isə DİN-in 102 xidmətinə zəng edərək törətdiyi əməl barəsində məlumat verib.
Məhkəmənin hökmü ilə Cəfərov Salman 9 il müddətinə azadlıqdan məhrum edilib.