azia.az
azia.az

Ermənilər Səttarxana da hücum etdilər - VİDEO

11-10-2022, 11:50


Ermənistanda daha bir açıq-aşkar türkfob, türkə nifrət dolu olay yaşanıb.

Milli.Az bildirir ki, İran İslam Respublikasından Ermənistana yollanmış ağır tonnajlı yük avtomobilinin üzərində Səttarxanın rəsmi vardı.

Bunu görən ermənilər maşını dayandırıblar və sürücüdən Səttarxanın portretini boyamağı tələb ediblər.

Xatırladaq ki, "Sərdari Milli" kimi tanına  Səttarxan İranda 1905-1911-ci illərdə Məhəmmədəli şah diktaturasına qarşı Məşrutə inqilabının görkəmli xadimi, əsas liderlərindən biri və xalq qəhrəmanı olub.

Təbrizdəki inqilabın liderlərindən biri Səttarxan Rusiya və Qərb mətbuatında həmin illərdə "Azərbaycanın Puqaçovu", "İranın Haribaldisi" kimi təqdim edilirdi.

Xalqımızın tarixində Səttarxan xüsusi yer tutur. Təbrizdə ona heykəl qoyulub, küçələrdən birinə Səttarxanın adı verilib. Səttarxan barədə şeirlər, mahnılar, poemalar, romanlar yazılıb, filmlər çəkilib.

Ermənistanda Səttarxanın portretinə qarşı olan bu tərbiyəsizlik əslində İrana qarşı da meydan oxumaqdır. Çünki Səttarxan İran İslam Respublikasının rəsmi təbliğatında və ideologiyasında "xüsusi yer tutan qəhrəman" sayılır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi