azia.az
azia.az

“İranda tiryək və içki mafiyasının başında da ermənilər durur” - Şeyx Əbdül

24-10-2021, 09:54



“İranda tiryək və içki mafiyasının başında da ermənilər durur” - Şeyx Əbdül
“İranda tiryək və içki mafiyasının başında da ermənilər durur” - Şeyx Əbdül


İran-Azərbaycan münasibətlərində son günlər müəyyən yumşalma hiss olunur. İran Qarabağdakı separatçılarla 30 ildir ki, davam edən alış-verişi, müxtəlif növ yüklərin daşınmasını qadağan etdiyini açıqlayıb. Azərbaycan da bu jestə qarşılıq olaraq iki iranlı sürücünü azad edib. Amma bu müsbət tendensiya gərginliyin tam aradan qalxması haqda bitkin fikir yürütmək üçün yetərli görünmür. Çünki bəzi İran rəsmilərinin, eləcə də mediasının və ekspertlərinin anti-Azərbaycan çıxışlarına yenə də rast gəlinir.

İran-Azərbaycan münasibətləri və bu münasibətlərdə erməni faktoru mövzusunda kinorejissor və ssenarist Şeyx Əbdül Mahmudovldan sensasion müsahibə.

- İran-Azərbaycan münasibətlərindəki gərginlik müəyyən qədər səngimiş kimi görünsə də, onun tam aradan qalxdığını söyləmək olmur. Siz bir incəsənət xadimi kimi iki ölkə arasında mövcud olan hazırkı durumu necə qiymətləndirərdiniz?

- Hər şeyin bir əsası olmalıdır. Əsassız və sübutsuz heç nə olmur. Tarixi vərəqləyəndə ortaya çıxan müəyyən faktlar var. Əlbəttə, özünə İran dövləti deyən farsizm əvvəllər olmayıb. Mən detallara getmək istəməzdim. Ancaq bu fikirləri deyərkən təbii ki, Xəyyamı, Firdovsini, Şirazini və digər bu kimi böyük şəxsiyyətləri nəzərdə tutmuram. Hazırkı reallıqsa budur ki, dünya kosmosda “tozanaq qoparır”, amma bizim qonşu İranı hələ də mollalar idarə edir. Onların əksəriyyəti tiryək istifadə edirlər və ölkələrini də pis günə qoyublar. Mən dəfələrlə İranda olmuşam, hər il imkan daxilində gedib Ərdəbildə Şeyx İsmayılı ziyarət edirdim. Orada elə bir vətəndaş tapmazsan ki, bunlara nifrət etməsin. SEPAH adlı qurumları var, gözlərinə eynək taxırlar, qara paltar geyinirlər. Sanki ətraflarında bir qorxu mühiti yaradırlar. Amma buna baxmayaraq, on dəfə İrandan kiçik olan İraq az qala İranın yarısını işğal etmişdi.

İranda 40 milyon azəri türkü yaşayır. Orada Səttarxandan, Bağır xandan başlayan azadlıq mübarizəsi, hərəkatlar olub. İndi də İranda kimlərsə səksəkə içindədir. Bu səbəbdən də orada türklərin nə bir məktəbi, nə mətbuatı, nə də digər hüquqları yoxdur. Bütün dövlət strukturlarında fars dilində danışılır. Əlbəttə, İran uzun müddət belə yaşaya bilməz. Axı heç tarixdə İran dövləti də olmayıb, bu, sonradan yaranan addır. İranın tarixində dövlət, dövlətçilik ənənələrini türklər yaradıblar. Hülakidən, Toxtamışdan, Nadir Şahdan, Qacarlardan üzü bu yana. Bu gün də İranın dini rəhbəri əslində türkdür, əksər dövlət vəzifələrində, hərbçilər arasında türk əsilli şəxslər çoxdur. Buna baxmayaraq, indi konkret olaraq Azərbaycandan ehtiyat edirlər. Anlamırlar ki, 50 milyonluq xalqı bir qrup itaətdə saxlaya bilməyəcək. Bunlar ermənilərə qardaş deyirlər, Tehranda ermənilərin məktəblərindən tutmuş kilsələrinə qədər hər şeyləri var. İranda tiryək və içki mafiyasını ermənilər idarə edir.

Mən, İranın Ali dini lideri Seyid Əli Xameneiyə teleqram vurmuşdum. Qeyd etmişdim ki, İranda bəzi rəhbər şəxslər deyirlər ki, ermənilər bizim qan qardaşlarımızdır. Firdovsinin soyunu niyə ləkələyirsiniz, bəyəm erməninin soyu, yeri, yurdu var?... Bunlar hay tayfalarıdır və zinadan törəyənlərdir. Finikiyadan, Assuriyadan, Hindistandan fırlanıb dolanaraq bir hissəsi gəlib çıxıb İrana. Axı sən bu hərəkətlərinlə qədim fars xalqını niyə təhqir edirsən? Bu səpkili teleqram vurmuşdum.

Tarixdən İranın İslama münasibəti bəllidir. Zamanında Həzrəti Peyğəmbər bir sıra dövlətləri müsəlmançılığa dəvət edir, bu məqsədlə ayrı-ayrı məmləkətlərə elçilərini göndərirdi. Onun elçisini tarixdə yalnız İran hökmdarı Xosrov Pərviz qətlə yetirib. Üstəlik Həzrəti Peyğəmbər iki adama qarğış edib ki, bunun da biri Xosrov Pərviz olub. Bu şəxsin oğlu da dövlət çevrilişi edərək atasını qətlə yetirib və hakimiyyəti ələ alıb. İranda Savay deyilən göl olub. Oradan yalandan palçıqdan allahlar düzəldir, büdpərəstliyi yayırlarmış. Həmin göl sonradan batıb və bu günə qədər onu tapa bilmirlər.

- Tarixi faktlar öz yerində, müasir dövrdə baş verənləri nə ilə izah etmək olar?

- İndi bunlar üçün bir nömrəli təhlükə Turanın yaranmasıdır. Bu ideoloji savaş əslində min illər davam edib. Tarix yenidən təkrarlanır. Günçıxandan günbatana qədər bütün ərazilərdə adını qoruyaraq saxlayan 37 türk qolu qalxınma yaşayacaq. Nədən bu qollar bir araya gələrək Turanı yaratmasın? Axı, Şah İsmayıl Xətaiyə dəfələrlə müraciət ediblər ki, bizi də öz dövlətinə qat. Şah da deyib ki, mən vassalları qəbul etmirəm, Azərbaycan səfəvilər dövlətini yaradıram və heç bir torpaqda da gözüm yoxdur. Amma ermənilər son illər bunların başını necə tovlayıbsa, özlərindən asılı olmayaraq, onlarda erməniləşmə prosesi gedir.

İndi baxın, İrəvanda Putinin, Rusiyanın bayrağını yandırırlar. Rostovda erməni rusları silahla vurub öldürür. Ermənilərin xalq şairəsi Yeqişe Çarnes deyir ki, biz bədbəxt ermənilər ana bətnində xəyanətkar yaranırıq, bizə heç kəs etibar etməsin. Onlar özləri deyir ki, ən rahat yaşadıqları ölkə Türkiyə idi, erməninin əqrəb xisləti üzə çıxdı və türklər bizə nə edirlər düz edirlər. Bunu mən demirəm, erməni tarixçilərinin özləri yazır. Zorla ermənilərdən xalq və ya dövlət düzəldirlər. İndi də ermənilər farslardan istifadə edərək öz əllərinə oynayırlar. Yəni ermənilər bunlardan real güc, dolanışıq ünvanı kimi yararlanır, İran da guya bunlardan istifadə edir ki, bununla Azərbaycan-Türkiyə birliyinin qarşısını alacaq, Azərbaycanı zəiflədəcək. Amma 44 günlük Vətən Müharibəsi bunların planlarını tamamilə pozdu və iç üzləri açıldı. İran hakimiyyətində bir qrup tiryək çəkən, ermənilərin əlinə oynayan şəxslər var. İran xalqı bu haqda ciddi düşünməli, erməni təhlükəsindən təmizlənməli, türk dünyası ilə əlaqələrini gücləndirməlidir.

Mən hələ ermənilərin məscidlərimizdə donuz saxlaması, İranın buna dözməsi məsələsini bir kənara qoyur, sizə tarixi fakt deyirəm. İranla şərq sərhədində yerləşən Əfqanıstan və Pakistan Tehranla düşməndir. Cənubdan İraq İrana düşməndir. Bu tərəfdən Türkiyə ilə münasibətləri o qədər də hamar deyil. Nəhayətdə Azərbaycana - mədəniyyət, incəsənət ölkəsinə olan münasibət 30 ildir ki, ortadadır. Adını çəkdiyim ölkələrin hamısı müsəlman ölkələridir. İran bu ölkələrin hamısı ilə faktiki olaraq ya düşməndir, ya da münasibəti pis durumdadır. Belə müsəlman dövləti olar? İndi erməni ilə dostluq edirlər. Bu, nə deməkdir? Deməli, İranda yaşayan xalqlar bu haqda düşünməlidir.

Mən sizi inandırıram ki, yaxın günlərdə İran hakimiyyəti bir sıra addımlar atacaq ki, Azərbaycanla münasibətləri yoluna qoysun. Çünki İranda Azərbaycana qarşı işləyən bir ovuc adamdır. Bunun İran cəmiyyətinə, fars xalqına aidiyyəti yoxdur. Mənim İranda yüzlərlə dostarım var və onların içərisində bəziləri farslardır. Əlaqələrimiz də normaldır. Bu addımların, anti-Azərbaycan fəaliyyətinin fars xalqına heç bir aidiyyəti yoxdur. Tehran rejiminin qorxusu Turandır.

Digər tərəfdən, onların dolanışığı narkotrafikdən çıxırdı. Torpaqlar işğaldan azad edilməzdən əvvəl bunu qeyd edirdik. İndi də bu xətt əldən çıxıb və İran hamı ilə sanki düşmənçilik, ermənilərlə isə dostluq xətti seçib.

- Bundan sonra İran-Azərbaycan əlaqələrini necə təsəvvür edirsiniz?

- İran bir qədər dərinə gedərək aranı qarışdırdı, olmazın iddialar səsləndirdi. İndi də gecə-gündüz fikirlərşir, əlaqələr axtarır.

Bir naziri belə deyir, digər bir naziri başqa cür. Qardaşım, kimsə gəlib sənin alimini, generalını öz məmləkətində oğurlayır. Əvəzində sən niyə qonşu ölkələrlə düşmən olursan? Mən hesab edirəm ki, əlaqələr qaydaya salınmalıdır, onların bundan başqa seçimi yoxdur. Əgər, bunu etməsələr İran daha pis durumda qalacaq. Bizim İranla bağlı problemimiz yoxdur. Problemi yaradan onlardır. Biz deyirik ki, qanunlara hörmət olunmalıdır, özü də qarşılıqlı şəkildə.

Ermənistana da bel bağlamağa dəyməz. Yaxın 20-30 ildə Qərbi Azərbaycan adlanan ərazidə bir erməni və ya saxta erməni dövləti qalsa, barəmdə nə istəsəniz deyin. Ermənilər harada yaşayıblarsa, oradan qovulublar. Qərbi Azərbaycan müqəddəs torpaqlardır, oranı murdarlamaq olmaz. Böyük Pyotr Rusiyanı genişləndirmək məqsədilə ermənilərdən istifadə etdi. Ancaq Pyotrun özü deyir ki, xristian etdiklərimiz içərisində ən satqını ermənilərdir. Qriboyedov kimi şəxs bunları gətirib ərazilərimizdə yerləşdirdikdən sonra çara məktub yazdı. Orada açıq qeyd edirdi ki, babamız Pyotrun arzusunu yerinə yetirdik, erməniləri gətirib Qafqazda yerləşdirdik, amma sizdən təkidlə xahiş edirəm ki, bu tayfanı Rusiya ərazisinə buraxmayın, gələcəkdə bizimlə torpaq davası edərlər.

İran da, Ermənistan da bilir ki, bu saat dünyanın diqqəti Azərbaycanadır, onun həyata keçirdiyi böyük layihələrədir. Artıq Rusiyada ermənipərəst politoloqlar da erməniləri tənqid edirlər. Baxmayaraq ki, dünənə qədər gecə-gündüz erməniləri təbliğ edirdilər. İndi erməniləri tanımaq lazımdır, tanıdıqca ifşa edəcəklər. İran da bunu düşünməlidir.

İran türkdən qorxmamalıdır, çünki min illər boyu orada dövləti türk boyları idarə edib. Elə Rusiya da. Bəyəm min illər boyu biz Rusiyaya bir daş atmışıq? Əksinə, II Dünya Müharibəsində qələbə həm də bizim neftimiz hesabına əldə olunub. Bu gün Bakıda rus dili populyar dildir. Ruslar da yaxşı düşünməlidir. İran da öz yerində oturmalı, qonşularla dostluq münasibətləri saxlamağa çalışmalıdır.“AzPolitika.info”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi